AZAL klubunun yarımmüdafiəçisi Rəşad Abduallayev Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın son turunda "Qarabağ"a məğlubiyyətdən (0:2), komandasının düşdüyü çətin durumdan və növbəti turda "Qəbələ" ilə keçiriləcək oyundan danışıb.
- Xeyli vaxtdır zədədən əziyyət çəkirsən. Tərlan Əhmədov AZAL-a baş məşqçi təyin olunandan sənin xidmətindən istifadə edə bilmir. Hazırda durumun nə yerdədir?
- Süni meydançada məşq etdiyimizdən ayağımda ağrılar var idi. Buna görə də məşqçilərlə məsləhətləşdik ki, bir neçə gün istirahət edim. Artıq hər şey qaydasındadır.
- Növbəti oyuna çıxa bilərsən?
- Bəli, tam hazıram. Yəqin ki, meydanda olacam.
- Topaz Premyer Liqanın son turunda AZAL növbəti məğlubiyyətini "Qarabağ"dan aldı. Həmin oyun haqda nə deyə bilərsən?
- "Qarabağ" hazırda pik formadadır, qarşısına çıxanı məğlub edir. Hər oyunda rahat qələbə qazanır. Bizim üçün də çətin oyun oldu. Hazırlaşmışdıq ki, heç olmasa yaxşı oyun göstərək, ancaq bu da alınmadı. AZAL-da bir qədər ruh düşkünlüyü var. Bizə bir qələbə lazımdır ki, uğurlu nəticələr üçün start götürək.
- Həm indi, həm də Vaqif Sadıqovun dövründə AZAL-ın ardıcıl məğlubiyyətlərində baş məşqçi amili nə dərəcədə rol oynaya bilər?
- Bu məğlubiyyətlərdə baş məşqçi amili rol oynamır. Tərlan Əhmədova gəldikdə isə, o, baş məşqçi postuna yeni təyin olunub. Hazırda komandanı tanımağa çalışır, oyunçuları yoxlayır. Elə futbolçular var ki, onlar haqda məlumatı yoxdur. İndi onun üçün seçim etmək də çətindir. Çünki çempionatın sonudur. Hər bir komandada belə çətinliklər olur. Açığı, indiyə qədər belə halla rastlaşmamışdım. İndi futbolçulardan çox şey asılıdır. İmicimzi qorumaq üçün qarşıdakı yeddi oyunda bütün gücümüzü ortaya qoymalıyıq.
- Vaqif Sadıqov uzun müddət idi ki, komandaya rəhbərlik edirdi. Bəlkə, onun istefası da futbolçularda ruh düşkünlüyü yaradıb?
- Bizim işimiz futbol oynamaqdır. Hər bir klubda istənilən vaxt məşqçi dəyişikliyi ola bilər. Biz AZAL klubu üçün oynayırıq. İlk növbədə isə hər bir futbolçu özü üçün oynamalıdır. Məşqçi qıraqdan göstərişini verir, meydanda olan isə futbolçulardır. Nə qədər çətin olsa da, futbolçular yığışıb, bu ağır vəziyyətdən çıxmalıdır.
- AZAL-a gəlişində Vaqif Sadıqovun böyük rolu olduğunu demişdin. Bəs, Tərlan Əhmədov haqda nə deyə bilərsən?
- Düzdü, şəxsən Vaqif müəllimin istəyi ilə AZAL-a gəlmişəm. Tərlan Əhmədovu da neçə illərdir tanıyıram. Bir-birimizə qarşı çox oynamışıq. "Neftçi"də iki il bir yerdə çalışmışıq. Yəni o da məni yaxşı tanıyır, futbolçu kimi nəyə qadir olduğuma bələddir.
- Mövsümün əvvəllərində AZAL liderliyə yüksəlmişdi. İndi isə autsayderlər qrupuna düşə bilər. Komandada nə baş verdi?
- Özüm də bilmirəm nə baş verir. Bu komandaya qarşı başqa klublarda oynayanda həmişə çətin olub. AZAL-a gələndə fikirləşirdim ki, köklü komandaya gəlirəm, burada avroliqaya da vəsiqə qazanmaq olar. Mənim üçün bu uğursuzluqlar gözlənilməz oldu. AZAL bu gün sonuncu pillələrdə olmağa layiq deyil. Çünki komandanın potensialı var. Mənə də maraqlıdır ki, komandada nə çatmır? Futbolçular özünə gəlməlidir. Belə davam etsə, AZAL uduzmağa öyrənəcək.
- Bəlkə, artıq öyrənib?
- Bəli, Tərlan Əhmədov da onu dəfələrlə qeyd edib. Əslində komandamızın üzərində böyük bir yük yoxdur. Meydana çıxıb, rahat oynamaq olar. Üzərimizdə təzyiq yoxdur. Futbolçulardan ancaq o tələb olunur ki, qələbə qazansınlar. Futbolçular fikirləşməlidirlər ki, AZAL mövsümün əvvəllərində turnir cədvəlinin lideri idi.
- Növbəti turda sabiq komandan olan "Qəbələ" ilə qarşılaşacaqsınız...
- "Qəbələ"nin oyunlarında da qış fasiləsindən sonra eniş müşahidə olunur. Səfərdə oynamağımıza baxmayaraq, qələbə üçün meydana çıxacağıq. Artıq itiriləsi bir şey yoxdur. Qəbələdə mübariz bir kollektivlə yaxşı futbol göstərməyə çalışacağıq.
- "Qəbələ" sabiq kapitanı tərəfindən cəzalandırıla bilər?
- Hər şey ola bilər. "Qəbələ"yə qarşı oynamaq bir qədər çətin olur. Çünki bu komandanın şərəfini qorumuşam, kapitanı olmuşam. Ancaq indi AZAL-ın uğurları üçün mübarizə aparıram. Əlimdən gələni edəcəm ki, özüm fərqlənməyimdən əlavə komandam da yaxşı oynasın. İstədiyim odur ki, AZAL-ı bu vəziyyətdən çıxaraq.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı