Sxadadze: "Komandamız böyük işlər görüb"

Sxadadze: "Komandamız böyük işlər görüb"
ÖLKƏ FUTBOLU 6 Aprel 2014 / 19:08 2756
-  A +

“Vacib 3 xalı qazandıq. Mövsüm sona yaxınlaşdıqca futbolçuların psixoloji hazırlığı ön plana keçir. “Simurq” bizdən fərqli olaraq daha sərbəst oynayırdı, turnir cədvəlindəki mövqeyi buna imkan verirdi. Bundan irəli gələrək ilk hissədə hücumlarımız kəsərli olmadı. Top itikilərinə yol verirdik. Sona yaxın isə nəticəyə oynamalı idik. Bu oyunda da vacib qələbə qazandıq".
 
Qol.Az-ın məlumatına görə, bu özləri "İnter" klbunun baş məşqçisi Kaxaber Sxadadze "Simurq"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcü mütəxəssis komandasınını turnir cədvəlindəki mövqeyindən və bundan sonra görüləcək işlərdən danışıb: "Mükafatçıların son turlarda müəyyən olunacağını düşünürəm. İlk 6 turdan sonra turnir cədvəlində son pillədə idik. “Qəbələ” bizi çox qabaqlayırdı, indi isə biz onları 7 xal qabaqlayırıq. Komandamız böyük işlər görüb. Qarşıdakı 7 oyunda lazımi nəticə ala bilməsək bu uğurun mənası qalmayacaq. Bundan sonra bizə daha çətin olacaq. “İnter” həmişə funksional baxımdan yaxşı vəziyyətdə olub, əsas futbolçuların psixoloji hazırlığı ilə məşğul olacam”.

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner