"Karyeramı "Qarabağ"da bitirmək istəyirəm"

"Karyeramı "Qarabağ"da bitirmək istəyirəm"
ÖLKƏ FUTBOLU 1 Aprel 2014 / 12:27 3496
-  A +

"Hazırda rəqiblərimizlə böyük xal fərqimiz olmağına baxmayaraq, hər bir görüşdə maksimum çalışırıq ki, xal itirməyək. "Qəbələ" ilə qarşılaşma da bizim üçün çox vacib idi. Hava şəraiti əlverişli olmasa da, öz oyunumuzu göstərə bildik. Bunun nəticəsində də qələbə 3:0 hesablı qələbə qazandıq".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun müdafiəçisi Qara Qarayev Topaz Premyer Liqanın son turunda "Qəbələ" üzərində 3:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.

Xəbər verdiyimiz kimi, gənc dayaq yarımmüdafiəçisi "Qarabağ"la müqavilə müddətini 2017-ci ilin iyun ayına qədər uzadıb. Milli komandamızın da üzvü olan Qarayev doğma komandası ilə yeni razılıq əldə etdiyi üçün çox sevincli olduğunu bildirib:

"Özümü xoşbəxt hiss edirəm.  Neçə illərdir ki, "Qarabağ"ın uğurları üçün əlimdən gələni edirəm. Bir futbolçu kimi bu komandada yetişmişəm. Qismət olsa, karyeramı "Qarabağ"da bitirmək istəyirəm. Sona qədər heç bir klubda oynamaq fikrim yoxdur. Şükürlər olsun ki, bu gün "Qarabağ"da mənə ehtiyac var. Bu, məni çox sevindirir".

Q.Qarayev "Qarabağ"la birgə hədəflərindən də danışıb: "Qarabağ"ın aşağı yaş qruplarında çempionluq qazanmışam. Əsas komandada isə gümüş medala sahib olmuşam. Çempion olmağı çox istəyirəm. Dünyada məni heç nə bundan artıq sevindirə bilməz. İnşallah ilk çempionluğumu "Qarabağ"la qeyd etmək istəyirəm və buna yaxınıq".

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner