"Qarabağ" klubunun futbolçusu İlqar Qurbanov Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın son turunda "Qəbələ" üzərində qələbədən (3:0), komandasının uğurlu çıxışlarından və növbəti turda AZAL-la keçiriləcək oyundan danışıb.
- Qarlı havada "Qəbələ"yə asan qalib gəldiyinizi demək olar?
- Xeyr, çox çətin qarşılaşma oldu. Bilirdik ki, "Qəbələ" ilə oyunumuz ağır olacaq. Hava şəraitinin qəflətən dəyişməsini gözləmirdik. Rəqibin də bizim kimi xala ehtiyacı var idi. Hər iki komanda sırf qələbə üçün meydana çıxmışdı. Hesaba baxarkən, çoxları asan qələbə qazanacağımızı düşünə bilər. Ancaq çox ağır oyun oldu. Allaha şükür ki, lazım olan qələbəni qazandıq. Hər qələbədən sonra irəli baxırıq, ötən oyunu dərhal unuduruq.
- Çətin qələbə qazandığınızı dedin. Ancaq "Qəbələ" qapınız qarşısında təhlükəli vəziyyət yarada bilmirdi.
- Bəli, buna biz imkan vermirdik. Rəqibi bu dəfə tam düzgün analiz edə bilmişdik. Lazım olan yerdə onların hücumunun qarşısını alırdıq. Həm də ənənəvi oyun sistemimizdən istifadə edərək topu özümüzdə saxlayırdıq, rəqibi topsuz qoymağa çalışırdıq.
- "Qarabağ"a qar da mane olmadı...
- Bəli, bizə nə isti, nə də qar mane ola bilər. Əgər bizdə qələbə istəyi çoxdursa, şaxtada da, istidə də qalib gələcəyik. Peşəkar futbolçu hər cür hava şəraitində oynamağa hazır olmalıdır.
- Bu mövsüm meydana az-az çıxırsan. Belə şəraitdə çətin rəqiblərə qarşı mübarizə aparmaq çətin olmur?
- Təbii ki, bu, hər futbolçu üçün çətin olur. Uzun müddət oynamayıb, birdən-birə meydana çıxanda çox ağır olur. Ancaq çox şükür ki, məşqçilər mənə də şans verir. Çalışıram ki, ümidləri doğruldum. Hər zaman məşqlərimi edirəm. Hələ ki, hər şey yaxşıdır.
- Ötən mövsüm daha çox meydana çıxırdın. İndi mövqeyində rəqabət artığı üçün az oynamaq şansı qazanırsan?
- Bəli, ötən mövsüm qış fasiləsinə qədər müntəzəm oynayırdım. Hazırda komandada güclü rəqabət var. Fikir verin, hər bir futbolçumuz əsas heyətdə meydana çıxmaq gücündədir. Gördüyünüz kimi, komandamız əla oynayır, yaxşı irəliləyir. Adətən, qalib heyəti dəyişdirmirlər. Ancaq qeyd etdiyim kimi, istənilən heyətlə uğur qazana bilirik. Komandada rəqabətin olmağı çox vacibdir. Bu gün oyun bəhrəsini görürük.
- "Qarabağ" ardıcıl beş oyundur ki, böyükhesablı qələbə qazanır. Komandada bu inkişafın səbəbi nə ilə bağlıdır?
- Son dövrlər çox ciddi hazırlaşırıq. Futbolçular hamısı çox istəklidir. Sıx qrafiklə oynayırıq. Ona görə də futbolçularımız yaxşı formadadır. Uğurumuzun əsas sirri istəkli olmağımızdır. Bu istəyin sayəsində də çoxlu çalışırıq.
- Yəni çempionluq şansızın artıqca istək daha da artır?
- Çempionluqdan danışmaq hələ çox tezdir. Ancaq istəyirik ki, son tura qədər uğurlu seriyamızı davam etdirək.
- Növbəti turda "Qarabağ" üçün çətin rəqib olan AZAL-la qarşılaşacaqsınız...
- Bu oyun "Qəbələ" ilə qarşılaşmadan daha çətin olacaq. Çünki süni örtükdə oynayacağıq. Həm də AZAL-a qarşı həmişə çətinlik çəkirik. İndi onlarda yeni baş məşqçi çalışır. Futbolçular var qüvvələri ilə oynayacaqlar ki, özlərini baş məşqçi Tərlan Əhmədova göstərsinlər. Biz bunları yaxşı başa düşürük və buna uyğun hazırlaşırıq. Komandamızda heç bir zədəli yoxdur. Tam heyətlə oyuna hazırlaşırıq. Kapitanımız Rəşad Sadıqov da bugünkü məşqdə iştirak etdi. Onun da durumu yaxşıdır.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı