- “Bakı”ya transferin necə alındı?
- Menecerim mənə “Bakı” klubu haqda, eləcə də Azərbaycan futbolu barədə geniş məlumat verdi. Mən də çox düşünmədən bu təklifi qəbul etmək qərarına gəldim.
- Komandayla birgə ilk məşqinə çıxmısan. Təəssüratların necədir?
- Hər şey çox gözəldir. Artıq ilk baxışdan hiss olunur ki, komandada səviyyəli futbolçular toplaşıb. İnanıram ki, hər şey yaxşı olacaq.
- Yeni komanda yoldaşların arasında braziliyalılar da var...
- Hə, burada bir neçə həmyerlim də oynayır. Buna görə də çox şadam. Onlarla birgə olacağımdan darıxmağa vaxtım olmayacaq.
- “Bakı”da çıxış edən braziliyalılarla əvvəldən tanışlığın var idi?
- Felikslə Fabio Luisi tanıyıram. Onlarla tanışlığım var. Arada bir internet vasitəsiylə ünsiyyət qururduq.
- Braziliyada oynayarkən onlarla bir klubda çıxış etmisən?
- Yox, onlarla bir komandada oynamamışam.
- “Bakı”nın Çempionlar Liqasında “Ekranas” və “Levski”yə qarşı keçirdiyi oyunları izləmisən?
- Yox, oyunları izləməmişəm. Amma internet vasitəsiylə komandanın çıxışı haqda ətraflı məlumat toplamışam.
- “Bakı”nı qarşıda “Bazel”lə ciddi oyunlar gözləyir. Bu haqda nə deyə bilərsən?
- “Bazel” yaxşı komandadır. Amma hər bir komandaya qarşı mübarizə aparmaq mümkündür. İnanıram ki, Bakıda “Bazel”ə qalib gələcəyik. Ümumiyyətlə, mərhələnim keçərək, Avroliqanın qrup mərhələsinə adlamalıyıq.
- İlk oyunda hansı nəticənin qeydə alınmasını istəyərdin?
- Fikrimcə, qol buraxmadan qalib gəlsəydik, çox yaxşı olardı. Bu halda səfərə də rahat yollanmaq olar.
- “Bazel” qarşısında “Bakı”nın şanslarını necə dəyərləndirərdin?
- Məncə şanslar bərabərdir. Artıq futbolda adlar elə bir önəm daşımır. Kim yaxşı oynasa, yaxşı mübarizə aparsa, o da qalib gələcək.
- Yəqin bilirsən ki, istər komandan, istərsə də azarkeşlər “Bazel”lə oyunda səndən qol gözləyəcəklər...
- Mən də komandamın uğurlu çıxışı üçün bütün bacarığımı meydanda qoyacağam. Uzun illər Türkiyə çempionatında çıxış etmişəm. Xeyli sayda qol vurmuşam. Təcrübəm var, özümə də güvənirəm. İnanıram ki, elə “Bazel”lə oyunlarda komandama faydam dəyəcək.
- Türkiyə Superliqasının son mövsümündə “Kocaelispor”da çıxış edən Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu tanıyırsan? İkinci dövrənin oyununda Rəşada qarşı oynamışdın...
- Hə, Sadıqovu tanıyıram. İkinci dövrədə sizin də dediyiniz kimi ona qarşı oynadım. Yaxşı futbolçu təsiri bağışlamışdı. Lakin həmin matçda biz 4:0 hesabıyla qalib gəklmişdik ki, qollardan da ikisini məhz mən vurmuşdum.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu