Bir müddət Türkiyədə müalicə alan "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov vətənə qayıdıb. Zədəsini sağaldan təcrübəli müdafiəçi Qol.Az saytına müsahəbəsində öz durumu və Topaz Premyer Liqanın növbəti turunda "Qəbələ"yə qarşı keçiriləcək oyun haqda danışıb.
- Ümumilikdə müalicəm yaxşı keçdi. Martın 31-də yenidən İstanbula getməliyəm. Həkimlər həftədə bir dəfə iynə vurdurmağımı tapşırmışdılar. İkisini Türkiyədə olarkən vurdurmuşam, biri qalıb. Özümü yaxşı hiss edirəm. Meydana çıxmağa hazıram.
- Deməli, növbəti turda "Qəbələ"yə qarşı oynaya biləcəksən?
- Türkiyədəki həkimlər oynamağımda heç bir problem görmürlər. Sadəcə, bir müddət məşqlərdən kənarda qalmışam. Cəmi 3-4 gündür ki, məşq edirəm. Ola bilər ki, "Qəbələ"yə qarşı oynayım. Elə bu səbəbdən Türkiyəyə oyundan sonra gedəcəm.
- Sizi kubokdan uzaqlaşdıran "Qəbələ" ilə görüş haqda nə düşünürsən?
- Qarşıdakı turda çox maraqlı oyunlar var. Bizim üçün də ağır oyun olacaq. Ciddi rəqiblə qarşılaşacağıq. Qeyd etdiyiniz kimi, kubokda bu komandaya məğlub olmuşuq. Çempionatda üç dəfə qalib gəlsək də, son iki oyunda qalib gələ bilməmişik. Elə qələbə qazandığımız oyunlar da bizim üçün çox çətin olub. Çünki "Qəbələ" bizə qarşı tam fərqli oynayır. Biz də çalışacağıq ki, rəqibin oyununu daha yaxşı analiz edək, diqqətli olaq və bu dəfə yaxşı nəticə əldə edək.
- Kubokdan söz düşmüşkən, çempionat oyunlarına daha çox önəm verən "Qarabağ"ın iki cəbhədə mübarizə aparmağa gücü çatmadı, yoxsa səhvlər nəticəsində "Qəbələ"yə uduzaraq mübarizəni dayandırdı?
- Lap əvvəldən kubokda bəxtimiz gətirmədi, çətin rəqiblə düşdük. Yəni biz AZAL-la qarşılaşdıq, digər komandalar isə birinci divizion komandaları ilə. 1/4 final mərhələsində də ən çətin rəqib bizə düşdü. Yarımfinala çıxsaq da, çətin "Xəzər Lənkəran" sınağı ilə üzləşəcəkdik. Demək olar ki, hər mərhələdə mübarizəni dayandıra bilərdik. Çünki kubok çempionatdan fərqlidir, iki oyundan ibarətdir. Hər bir komanda nəticəyə oynayır. Biz də çalışdıq ki, nəticəyə oynayaq. "Qəbələ" ilə ikinci oyunumuzda istədiyimizi alındıra bilmədik. Müəyyən səhvlərə yol verdik. Nəticədə məğlub olduq.
- Komanda harda səhvə yol verdi?
- Hər iki qolda səhvimiz oldu. Birinci qolda canlı səddə olan futbolçularımız bir-birindən aralandı ki, bu da qolla nəticələndi. İkinci qolda isə müdafiəçimiz rəqib hücumçunu nəzarətdə saxlasa da, bir anlıq diqqətsizlikdən qol buraxdıq. Yəni xırda səhvlərdən qapımızda qollar gördük. Bu da bizim üçün yaxşı dərs oldu. Bütün futbolçular nəticə çıxarmalıdır ki, arxayınlaşaraq oynamaq olmaz. Çünki rəqiblərimiz çox ciddidir. Xüsusilə "Qəbələ"nin hücum xətti çox güclüdür və bu komanda ilə oyunda buraxdığın hər səhv qolla nəticələnir.
- Bazar günü "Qəbələ" ilə keçiriləcək qarşılaşma revanş ola bilər?
- Xeyr, artıq məğlubiyyəti unutmuşuq. İdmanda belə bir qanun yoxdur ki, bu gün uduzduğun komandanı sabah mütləq udmalısan. Zəif komandaya uduzmamışıq ki, onun təsirindən çıxa bilməyək. "Qəbələ" həmişə qələbəyə layiq olan komandalardan olub. Bizimlə oyunda da layiq olduqları nəticəni qazandılar. Gec də olsa onları buna görə təbrik edirəm. "Qəbələ" yaxşı klublarımızdandır. Qəbələdə futbola böyük diqqət ayrılır. Həmişə bu komandanın uğurlarını istəmişəm. Az da olsa "Qəbələ"yə azarkeşlik edirəm.
- "Qarabağ" son turlarda böyükhesablı qələbələrlə diqqət cəlb edir. İndidən "Qarabağ"ın çempion olacağını deyənlər var. "Qəbələ"ni də məğlub etsəniz, çempionatda intiriqa daha da azala bilər?
- Böyükhesablı qələbələr ona görədir ki, son vaxtlar əlimizə düşən qol imkanlarından yaxşı istifadə edirik. Bizim üçün intiriqanın azalması və ya artması maraqlı deyil. Biz öz işimizə baxırıq. Çempion komandanın nə vaxt məlum olacağı da bəlli deyil. Ancaq mənə elə gəlir ki, son tura qədər intiriqa davam edəcək. Çünki bizi çox narahat səfər oyunları gözləyir. "Qəbələ"dən sonra "Neftçi" və "İnter"lə öz meydanımızda oynayacağıq. Daha sonra səfərdə AZAL, "Simurq" və "Bakı" ilə qarşılaşacağıq. Adlarını çəkdiyim hər üç komanda bizim üçün çox çətin rəqiblərdir. Bu oyunların hər birində xal itirmək ehtimalımız çox böyükdür. Başa düşürük ki, hər an hər şey ola bilər. Ehtiyatı əldən buraxmaq olmaz.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı