"Neftçi" çempionluqdan əlini üzməyib"

"Neftçi" çempionluqdan əlini üzməyib"
ÖLKƏ FUTBOLU 25 Mart 2014 / 14:56 3582
-  A +

Topaz Premyer Liqanın 28-ci turunda "Neftçi" öz meydanında prinsipial rəqibi olan "Xəzər Lənkəran"la qarşılaşacaq. Qol.Az saytına açıqlamasında paytaxt klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov martın 29-da keçiriləcək "böyük oyun"la bağlı fikirlərini bildirib:

"Budəfəki "böyük oyun" daha maraqlı və gərginliyi ilə seçiləcək. Çünki üçüncü dövrənin əvvəllərində səfərdə "Xəzər Lənkəran"la drammatik bir oyunumuz oldu. Həmin görüşdə hesabda irəli olsaq da, rəqib son saniyələrdə bərabərlik qolunu vurdu və bu gün biz çox lazım olan iki xalımızı itirdik. Təbii ki, bütün bunlar futbolçularımıza əlavə motivasiya verir. Bu səbəbdən prinsipial oyun gözlənilir. Rəqibi öz meydanınımızda əliboş yola salmaq istəyirik".

Son zamanlar "Qarabağ"la da gərgin və maraqlı oyunlarının olduğunu xatırladan Seyidov "Xəzər Lənkəran"la qarşılaşmanın daha prisipiallığı ilə seçildiyini vurğulayıb: "Xəzər Lənkəran"dan fərqli olaraq "Qarabağ" çempionluğa oynayır. Ona görə də son vaxtlar "Qarabağ"la oyunumuz daha maraqlı olur. Ancaq bu, sırf çemionluq mübarizəsinə görədir. "Xəzər Lənkəran" isə həmişə bizim üçün prinsipial rəqibdir. Komandaların hansı mövqedə olmasından asılı olmayaraq, "Xəzər Lənkəran"la bütün qarşılaşmalarımız "böyük oyun" sayıla bilər".

M.Seyidov "Neftçi"nin çempionluq mübarizəsindən də danışıb. Qeyd edib ki, "Qarabağ"la aralarında on xallıq fərq olsa da, komandası çempionluqdan əlini üzməyib: "Düzdü "Qarabağ"la aramızda böyük xal fərqi var. On xalı aradan qaldırmaq çətindir. Ancaq nəzərə almaq lazımdır ki, qarşıda hələ bütöv bir dövrə var.Növbəti doqquz oyunda maksimum nəticə qazanmağı düşünürük. "Qarabağ"ın isə xal itirməyini gözləyirik. Biz hələ çempionluqdan əlimizi üzməmişik. İkinci yeri tutmaqla barışmırıq. "Qarabağ"ın çempionluğundan danışmaq tezdir. Sona 3-4 tur qalmış indiki xal fərqi dəyişməsə, onda nəsə demək olar.  Hələ maraqlı oyunlar qabaqdadır".

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır