İsveçrənin “Basler Zeuting” qəzeti bugünkü sayında Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts haqqında yazı hazırlayıb. Qol.Az-ın məlumatına görə, milli komandamızın baş məşqçisinin son illərdəki fəaliyətinə toxunan isveçrəlilər olduqca maraqlı, bəlkə də çoxlarının ilk dəfə eşidəcəyi faktları oxuculara təqdim ediblər. Həmin yazının ən maraqlı hissələrini Qol.Az oxucularının da diqqətinə çatdırırırq. “Basler Zeuting” yazıya belə başlayır: “Almaniya millisində ayrıldıqdan sonra onun növbəti iş yeri Küveyt oldu. Lakin orada uzun müddət işləmədi. Çünki Şotlandiya ağlayırdı və onu istəyirdi. Final mərhələyə vəsiqə qazanmaq üçün. Lakin Foqtsun bəxti burada gətirmədi və o, Britaniya adasından qovuldu. Tezliklə almaniyalı Nigeriyaya üz tutdu və başını bəlaya saldı. Dünya səviyyəli mütəxəssis orada 1 ulduzlu oteldə qalırdı və təəssüflə qeyd etmək lazımdır ki, çimməyə su belə tapmırdı. Belə olan halda məcbur olub dolu vedrələrdə su almalı olurdu. Berti Foqts Afrikada 1 il işlədi. 2008-ci ilin fevralında isə istefaya göndərildi. Onu istefaya göndərən Nigeriya Futbol Federasiyasında isə əsl xaos idi. Hələ indiyə kimi, həmin federasiya Foqts bir yana, heç xeyli miqdarda insanın da halal əmək haqqını verməyib. Avropa çempionunun işsiz günləri yenə çox sürmədi. Cəmi 2 ay sonra o, yeni missiyasına başladı. Foqts Xəzər dənizinin sahilində yerləşən Azərbayacana yollandı. O, tək deyildi. Köməkçiləri Uli Ştayn və Olaf Yansen də həmyerlilərini tək buraxmadılar. Bu arada onların hər ikisi Bundestimin sabiq üzvləridir. Foqts həmin vaxt “Futbolu ağır durumda olan yerdə inkişafa nail olmağa gedirik” şüarı ilə yola çıxmışdı”.
Yazının bu yerində isveçrəlilər Azərbaycan və Bakı haqqında məlumat verməyi, tarixi Azərbaycan-İsveçrə matçına qayıtmağı da yaddan çıxarmayıblar: “Bakı neftlə zəngin bir ölkənin paytaxtıdır. Azərbaycanın paytaxtı biz isveçrəlilər üçün də yad şəhər deyil və 1996-cı ildə Rolf Fringerin rəhbərlik etdiyi İsveçrə millisi məhz bu şəhərdə bu ölkənin millisinə 0:1 hesabı ilə məğlub olmuşdu. Amma həmin vaxtdan bu yana azərbaycanlıların futbolu olduğu kimi yerində saymaqda idi. Foqts heç bir infrastrukturu, işə peşəkar münasibəti olmayan yerlə işləməyə başladı. Azərbaycan klubları bu ölkəni təmsil etsələr də, heyətlərində 1-2 nəfəri çıxmaq şərtilə hamısı əcnəbi futbolçular oynayırdı. Foqts isə ilk olaraq yerli 17-20 yaşlı futbolçuları milli komandaya dəvət etməyə başladı və riskdən çəkinmədi. Bu günə kimi o, müdafiə xəttini qaydaya sala bilib. Azərbaycan millisi almaniyalının rəhbərliyi altında oynadığı 5 seçmə qrup matçında qapısından cəmi 5 top buraxıb”. İsveçrəli həmkarlarımız sonda bu gün keçiriləcək Azərbaycan – Almaniya matçına da toxunublar: “Amma bu gün Azərbaycan millisinin qapıçısının işi çətin olacaq. Çünki o, Qomes və Kloze kimi birlikdə 12 qola imza atmış hücum duetinə qarşı oynayacaq. Amma 1996-cı ildə Avropa çempionluğu qazandırdığı komandaya qarşı oynayacaq Foqts qısa danışır: “Almaniya kimi komandaya qarşı oynamaq artıq bizim üçün böyük bir uğurdur”.
Həmkarlarımız sonra komandamızın hələ qrupda qol hesabını açmaması faktını da qabardıblar: “Azərbaycan qrup mərhələsi başlayandan bu günə hələ 1 qol belə vura bilməyib. Hətta Lixtenşteynlə qarşılaşmada belə, bunu bacarmayıblar”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər