Qurban Qurbanov: "Hər il "Qarabağ"ın çempion ediləcəyi barədə şayiələr dolaşır"

Qurban Qurbanov: "Hər il "Qarabağ"ın çempion ediləcəyi barədə şayiələr dolaşır"
ÖLKƏ FUTBOLU 9 Mart 2014 / 20:22 4834
-  A +

“Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. “Bakı” ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bakı" ilə oyundan (4:0) sonra keçirilən mətbuat konfransında deyib.

Qış fasiləsindən sonra klublarımızın daha yaxşı təsir bağışladığını deyən təcrübəli mütəxəssis çempionatın getdikcə çətinləşdiyini vurğulayıb: "Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdırlar, bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq".
 
Q.Qurbanov "Qarabağ"ın çempionluq şansını da dəyərləndirib: "Neçə ildir ki, “Qarabağ”da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şayiələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır