Böyükağa Hacıyev: "Bu il bəzi sürprizlərlə ölkə futbolunun tarixinə düşəcəyik"

Böyükağa Hacıyev: "Bu il bəzi sürprizlərlə ölkə futbolunun tarixinə düşəcəyik"
ÖLKƏ FUTBOLU 9 Mart 2014 / 16:20 5110
-  A +

“Maraqlı və gərgin oyun oldu. Rəqibi yaxşı oyuna görə alqışlamaq lazımdır. “Qəbələ” əbəs yerə turnir cədvəlində yüksək pillələrdə getmir. Bu gün rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı”".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Qəbələ" ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında eyib.

Təcrübəli mütəxəssis komandasının çıxışını şərh edib, futbolçuların oyununu ayrı-ayrılıqda dəyərləndirib: "Çalışdım sübut edim ki, “Neftçi” əsas heyətlə həmin “Neftçi”dir. “Xəzər Lənkəran”la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib üçüncü qolu vura bilsəydi “Qəbələ” dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram, müdafiəçilərimiz çox yaxşı oynadı.

B.Hacıyev "Nefti"nin həm kubok, həm də çempionat oyunlarında iddalı olduğunu və sürprizə imza atacaqlarını qeyd edib: "Üç gündən sonra “İnter”lə kubok oyunumuz var. Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik. Karlos Kardoso və ya ernest Nfro pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedir. Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızıışır, oyunlar daha gəgin keçir. .

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır