“Qarabağ”ın sabiq koordinatoru türkiyəli Mehmet Ak yeni vəzifəsinə qovuşub. Ağdam klubundan ayrıldıqdan sonra “Şəkərspor”la danışıq aparan gənc mütəxəssis sonda “Niluferspor”la rəsmi müqavilə bağlayıb. Bu klub Türkiyənin 3-cü liqasında mübarizə aparır. Artıq yeni klubunun düşərgəsinə baş çəkən Ak futbolçularla tanış olub. Gənc mütəxəssis Qol.Az-a açıqlamasında yeni təyinatı haqqında aşağıdakıları deyib: “Qarabağ”dan ayrıldıqdan sonra həm Azərbaycandan, həm Türkiyədən, həm də Birləşmiş Ərəb Əmirlikləri klublarından təkliflər aldıq. Lakin çox düşündükdən sonra “Niluferspor”da işləməyə qərar verdim və düşünürəm ki, özüm üçün ən düzgün olan variantı seçmişəm. Ailəm də mənə bu variantı məsləhət gördü. Həm də digər klublardan fərql olaraq burada baş məşqçi işləyəcəm. Komanda yeni qurulub. Amma rəhbərlik çox iddialıdır və qarşıya qoyulan məqsəd ikinci liqaya yüksəlməkdir. İnanıram ki, bu məqsədimizə çatacağıq. “Qarabağ”dakı sistemi burada da tətbiq edəcəyəm”.
Daha sonra Ak sabiq klubu “Qarabağ”ın Avropa liqasındakı çıxışına da münasibət bildirib: “Hələ ilk püşkatmadan öncə demişdim ki, Qarabağ” əsl Avropa komandasıdır. Ağdam klubunun “Rusenborq” səddini keçəcəyini də demişdim və belə də oldu. Hətta mən deyərdim ki, “Qarabağ” həm “Rusenborq”dan, həm də “Honka”dan güclü komandadır. Amma “Tvente” ilə oyun qabağı eyni sözləri deyə bilmərəm. Çünki Hollandiya klubunu keçmək çox çətin olacaq. Amma “Tvente”ni keçmək heç də mümkünsüz deyil. Sadəcə meydana qol vurmaq üçün çıxmaq lazımdır”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı