Böyükağa Hacıyev: "Neftçi"ni bu hala salanlar düşünməlidir"

Böyükağa Hacıyev: "Neftçi"ni bu hala salanlar düşünməlidir"
ÖLKƏ FUTBOLU 28 Fevral 2014 / 20:15 6257
-  A +

“Xəzər Lənkəran”la oyundan sonra müdafiədəki boşluqlarımızı gördük. Eyni xəttdə oynayan müdafiəçilərimiz qırmızı vərəqə almışdı, onların yerini doldura bilmədik".
 
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Qarabağ"la oyundan (1:4) sonra keçirilən mətbuat konfransında deyib.

O, "Neftçi"nin son uğursuz çıxışlarında PFL-i günahlandırıb. Hakimlərin onlara qarşı qərəzli qərarlar verdiyini bildirib: "Artıq “Neftçi” PFL-in arzuladığı kimidir. Araz Abdullayevin epizodunda qırmızı var idi? Almeyda Nforun başından vurdu, qırmızı vermədilər. Məqsədləri nədir? Xaqani Məmmədov hakimlərin yüksək səviyyədə olduğunu deyir. “Neftçi”ni bu hala salanlar düşünməlidir. Dünya statistikasında eyni oyunda bir xətt oyunçularının qırmızı vərəqə almasını görməmişəm. Bu gün “Qarabağ” qalib gəldi, əgər çempion olacaqlarsa, indidən təbrik edirəm. Ramosun 7 sarı vərəqəsi var idi, birini də bu gün verdilər, gələn oyunda oynamayacaq. Məqsədləri “Neftçi”ni bir neçə il öncəyə qaytarmaqdır. Bizim haqqımız yeyilib. Cəzalı futbolçular bir neçə oyundan sonra qayıdacaq. Boşluqları doldurmaq olduqca çətindir. Kiminsə “Qarabağ”a simpatiyası “Neftçi”dən çox ola bilər. Rəqib 2-0 hesabı ilə öndə idi, qırmızı vərəqəyə ehtiyac var idi? “Neftçi”yə qarşı çox amansızdırlar. Deyirlər ki, “Neftçi”ni dartırlar. Belə kömək edirlər? Keçən il də, bu il də bunun şahidi olduq". “Qarabağ”ı qələbə ilə təbrik edirəm, Avropada uğurlarımızı təkrarlamağı arzu edirəm. Lənkərandakı uğursuzluqda hakimin rolu 85% idi. “Rəvan”ın son oyununda iki penalti və qırmızı vərəqə verdilər. Bu cür vəziyyəti yaradan da bizim futbol mütəxəssisləridir. Bəzi insanlara futbolun inkişafı lazım deyil. 

Hacıyev komandasının oyunu haqda da danışıb. Futbolçuların çıxışını ayrı-ayrılıqda dəyərləndirib, onların zəif təsir bağışlamasının səbəblərini izah edib: "Altı oyunçumun yeddi sarı vərəqəsi var idi, onları qorxa-qorxa oynadırdıq ki, cəzalı duruma düşməsinlər. Rəşad Sadiqov çox yaxşı yarımmüdafiəçidir. Oyunboyu istəklə oynayır, ola bilər oyunu alınmasın, insandır, mərkəz xəttdə aparıcı qüvvədir. Əvəzetmələrlə ehtiyatlı olmaq lazımdır. Son oyunlarda Mirhüseyn daha yaxşı təsir bağışlayır, bu gün də qol vurdu. Məşqçi səbrli olmalıdır”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır