Topaz Premyer Liqanın 24-cü turunda bu gün "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Ağdam klubunun kapitanı Rəşad Sadıqov Qol.Az saytına bildirib ki, çempionatın ən gərgin və maraqlı oyunlarından biri olacaq.
“Azarkeşlər və futbol itimaiyyəti səbirsizliklə bu oyunu gözləyir. Son dövrlər bu komanda ilə oyunlarımız yaxşı alınırdı. Gah biz, gah da "Neftçi" qələbə qazanırdı. İstərdim ki, azarkeşlər səliqəli bir oyunun şahidi olsunlar" – deyə o vurğulayıb.
Təcrübəli futbolçu "Neftçi" ilə əvvəlki qarşılaşmalara nisbətən bu gün onları daha çətin oyun gözlədiyini deyib: "Çünki rəqibin son uğursuz çıxışları sırf bizim ziyanımıza işləyəcək. "Neftçi" bizimlə oyunda həmin uğursuz seriyaya son qoymağa çalışacaq. Onlar qarşılaşmaya daha yaxşı köklənəcəklər".
Məlum olduğu kimi "Neftçi"nin iki əsas futbolçusu - Bruno Bertucci və Karlos Kardozo cəzalı olduqlarından bugünkü qarşılaşmanı buraxacaqlar. R.Sadıqov rəqibin heyətində olan bu itkilərin oyuna böyük təsiri olmayacağını qeyd edib: "Bizdə də itkilər olur. "Rəvan"la qarşılaşmada əsas heyətdən beş futbolçumuz oynamırdı. Admir Teli neçə turdur ki, zədəlidir. Almeyda və Reynaldo da bir neçə oyun meydana çıxa bilmədi. Yəni itkisiz oynayan komanda yoxdur. Sadəcə digər futbolçular zədəlilərin yerini doldurmalıdır. Bizdə də problemlər var. Ardıcıl üç oyun istirahətsiz oynamışıq. Komandada yorğunluq var. "Neftçi" isə daha hazırlıqlıdır. Çünki "Sumqayıt"la oyunda futbolçulara istirahət verilmişdi".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər