"Çox ağır bir qrupa düşdük. Fikirləşirdik ki, bu seçmə mərhələdə nəsə edə bilərik. Çünki yeni reqlament bir qədər işimizi asanlaşdırır. Buna görə də pley-off-a vəsiqə qazanmaqla final mərhələsinə yüksələcəyimizə ümidimiz var idi. Ancaq belə rəqiblərlə düşməyimiz heç yaxşı olmadı".
Qol.Az saytına açıqlamasında bu sözləri millli komandamızın hücumçusu Rauf Əliyev deyib.
"Bakı" klubunun kapitanı yığmamızın "Avro-2016"nın seçmə mərhələsində yer aldığı qrupu dəyərləndirib. O, bildirib ki, millimiz çox çətin qrupa düşməsinə baxmayaraq, hər bir rəqibdən xal almaq gücündədir: " İtaliya həmişə olduğu kimi çox güclüdür. Xorvatiya son illər xeyli güclənib. Yaxşı heyətləri var. Bu komandalar qrupun aşkar favoritidir. Norveç və Bolqarıstan haqda məlumatım yoxdur. Maltanı isə məğlub edə bilərik. Biz yenə də mübarizə aparacağıq. Hər şey etmək mümkündür".
R.Əliyev millimizin üçüncü yeri hədəf seçdiyini bunun üçün isə Bolqarıstan və Norveçlə mübarizə aparacaqlarını qeyd edib: "Ancaq öz meydanımızda istənilən rəqibdən xal ala, hətta qalib də gələ bilərik. Millimiz doğma divarlar arasında həmişə yaxşı, inamlı çıxış edib. Bizi əsasən səfərdə çətin oyunlar gözləyir. Norveç, Xorvatiya və Bolqarıstan standart vəziyyətlərdə çox təhlükəlidirlər, güc futboluna üstünlük verirlər. Ona görə də çalışmalıyıq ki, ev oyunlarında maksimum nəticə qazanaq.
Yığmamız seçmə mərhələnin ilk oyununu doğma meydanda Bolqarıstana qarşı keçirəcək. R.Əliyev bunu müsbət qiymətləndirib: "Adətən ilk oyunu səfərdə keçirmişik. Bu dəfə öz meydanımızda oynamağımız daha yaxşı oldu. Çünki doğma meydanda qalib gəlsək, futbolçularımızda inam hissi yaranar. Bunun da növbəti oyunlarda bizə böyük köməyi olar. Özü də sonrakı qarşılaşmalarımız İtaliya və Xorvatiyaya qarşı olacaq. Həmin görüşlərdən əvvəl bizə mütləq ruh yüksəkliyi verən bir qələbə lazımdır".
R.Əliyev Topaz Premyer Liqanın növbəti turunda "Sumqayıt"la qarşılaşacaqları oyun haqda da danışıb: "Sumqayıt"ın son oyunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlməyi bizi vadar edir ki, bu rəqibə qarşı daha ciddi hazırlaşaq. Həmin qələbə olmasa, "Sumqayıt"ı o qədər də ciddiyə almazdıq. Fikirləşərdik ki, son pillələrdə gedən bir komandadır. Onu da deyim ki, "Sumqayıt" öz oyunu ilə "Neftçi"yə qalib gəldi. Həqiqətən onlar "Neftçi"ni üstələdilər. Matçın fraqmentlərini izləmişəm. "Sumqayıt" gənc futbolçulardan ibarət olsa da, çox gözəl təsir bağışlayırdı. Ona görə də bizi çox çətin oyun gözləyir. Hazırda rəqibimiz çox həvəslidir".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı