"Deməzdim ki, millimiz çox ağır qrupa düşüb. Hər bir qrupun öz lideri olmalıdır. Millimizin mübarizə aparacağı H qrupunda isə lider İtaliya yığmasıdır. Ancaq Xorvatiya da liderlik üçün yarışacaq. Hər iki komanda bu il keçiriləcək dünya çempionatında iştirak edəcək. Onların oyunlarını izləmək ən vacib amillərdəndir. Belə olan halda rəqiblərimizi yaxşı analiz edə bilərik".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağsəlim Mircavadov yığmamızın "Avro-2016"ın seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.
O, millimizin rəqiblərini ayrı-ayrılıqda dəyərləndirib. Qeyd edib ki, komandamızın İspaniya və ya Hollandiya ilə bir qrupa düşməyi daha əlverişli olardı: "Çünki bu yığmalar bütün oyunlarda qalib gələcəklər. Ancaq İtaliya "DÇ-2014"ün seçmə mərhələsində Bolqarıstanla oyunda xal itirmişdi. Qrupun favoriti deyilən komanda bütün oyunlarda qalib gəlməlidir. Belə olanda üçüncü yer uğrunda mübarizə aparmaq bir qədər asanlaşır. Bilirsən ki, rəqiblərin qrup liderindən xal ala bilməyəcəklər. İnşallah, İtaliya da bu dəfə digər rəqiblərimizə xal verməz. Son illər Norveç yığması yaxşı təsir bağışlamır. Fikir verin, onların klubları Avropa oyunlarında ciddi uğur qazanmır. Yəni hazırda onlarda oyunçu qıtlığı var. Bolqarıstan isə Azərbaycanla eyni səviyyədədir. Məni ən çox Malta qorxudur. Necə ki, Lüksemburqa xal verdik, Malta ilə oyunda da bu baş verə bilər. Onu da deyim ki, Malta Lüksemburqdan güclüdür. İtaliyadan evdə xal ala bilərik, Xorvatiyadan isə yox. Hazırda İtaliya millisidə əksər futbolçuların 30-35 yaşı var. Ola bilər ki, dünya çempionatından sonra bir çox futbolçular millidəki karyerasını başa vurun. Yəni rəqibimizdə heyət dəyişikliyi olacaq. Bunlardan istifadə etməliyik. Xorvatiya yığmasında çox güclü futbolçular var. "Real"da çıxış edən Luka Modriçin adını çəkmək kifayətdir. Onu yaxşı tanıyıram, mən "Xəzər Lənkəran"da çalışanda bizə qarşı oynayıb. İndi isə daha da artırıb”.
A.Mircavadov "Avro-2016"ın seçmə mərhələsinin təqviminin komandamız üçün uyğun olmadığı deyib: "Xoşuma gəlməyən məqam odur ki, millimiz güclü rəqiblərə qarşı sıx qrafiklə oynayacaq. Oktyabrda üç gün ərzində İtaliya və Xorvatiya kimi komandalarla qarşılaşacağıq. Üstəlik son iki oyunu da səfərdə keçirəcəyik. Adətən, bu görüşləri öz meydanımızda keçirirdik və xal ehtiyatımızı artırırdıq. İndi isə son oyunu Bolqarıstanda oynayacağıq. İndidən üçüncü yerə çıxmaq şansımızı dəyərləndirə bilmərik. Əgər bunu istəyiriksə, mütləq ev oyunlarında Norveç, Malta və Bolqarıstana qalib gəlməliyik".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır