Qurban Qurbanov: "Yaradıcı futbol göstərə bilmədik"

Qurban Qurbanov: "Yaradıcı futbol  göstərə bilmədik"
ÖLKƏ FUTBOLU 23 Fevral 2014 / 19:25 2983
-  A +

“Son zamanların ən çətin oyunu idi. “Simurq” bir çox rəqiblərdən üstün oynayır. Çox səhvlər etdik bu oyunda, çox top itirdik. Yaradıcı futbol göstərə bilmədik. Qol imkanları buraxılan səhvlərə görə oldu".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 23-cü turunda "Simurq"la oyundan (0:0) sonra deyib.

O, artıq növbəti turda qarşılaşacaqları "Neftçi" ilə matçı düşündüklərini bildirib:

"Futbolçuları bu oyuna qədər tam hazır etməliyik. Topu rəqibə verdikdə daha çox güc sərf edirik”.

Daha çox


Son xəbərlər