"Bakı" klubunun qapıçısı Aqil Məmmədovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə ötən tur səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazandığınız oyun haqda fikirlərini bilmək istərdik.
- Həmişə Lənkəran səfəri çətin olur. Rəqibimiz güclü azarkeş dəstəyi altında oynayırdı. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Buna baxmayaraq, yaxşı oynadıq və istədiyimiz qələbəni qazandıq.
- "Xəzər Lənkəran" da son vaxtlar inamlı təsir bağışlayırdı. Səfərdə cavabsız qollarla (2:0) qalib gələcəyinizi gözləyirdiniz?
- "Xəzər Lənkəran" kimi komandanı öz meydanında məğlub etmək gözəldir. Belə qələbələrdən sonra futbolçularımızın özünəinam hissi artır. Əlbəttə, ki, səfərə yaxşı nəticə üçün getmişdik. Əvvəlcədən görüşdən heç bir nəticə gözləmək olmur. Hər şey meydançada həll olunur. Yəni ola bilsin ki, biz səfərdən bir xalla qayıtsaq da, məyus olmazdıq. Ancaq bütün görüşlərdə istənilən nəticə gözləniləndir. Mübarizə aparıb qələbə qazanmaq lazım idi. Biz də bunu bacardıq.
- Görüş ərzində "Xəzər Lənkəran" azarkeşləri ilə futbolçularınız arasında xoşagəlməz hal yaşanıb. Azarkeşlər futbolçularınızı təhqir ediblər...
- Bunu normal qarşılamalıyıq. Burda nə var ki? Təhqir edirlərsə, problem yoxdur. Azarkeşlər bir qədər əsəblərin cilovlaya bilməyib. Bu da oyunun gərginliyi ilə bağlı idi.
- Futbolçuların təhqir olunmasında qəbahət yoxdur?
- Xeyr, peşəkar futbolçusansa, bunu qəbul etməlisən.
- Təhqiredici şüarlar oyununuza təsir etmədi?
- Bu, qətiyyən bizə mane olmadı. Qarşılaşmadan sonra başımı aşağı salıb, paltardəyişmə otağına getdim.
- "Bakı" qış fasiləsindən sonra bütün görüşlərdə qələbə qazanan yeganə komandadır. Komandanızın bu uğurunda hansı amillər rol oynayır?
- Baş məşqçimiz yaxşı kollektiv yaradıb. İspaniya toplanışı bizim üçün çox uğurlu oldu. Güclü komandalarla yoxlama oyunları keçirdik. Əvvəllər baş məşqçimiz yeni idi. Getdikcə futbolçular onun oyun fəlsəfəsini qavramağa başladı. Oyunçular da artıq xeyli müddətdir ki, bir yerdə çıxış edir. Bunların hamıs öz təsirini göstərir.
- Kamran Ağayevin gedişindən sonra komandanın əsas qapıçısına çevrilmisən. Dörd oyunda cəmi bir qol buraxmısan. Yəni bu yaxşı nəticələrdən sonra Berti Foqtsdan dəvət gözləyirsən?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Milli komandamız üçün xeyli sayda yaxşı qapıçılar var. Allah kimə qismət etsə, o da milliyə çağırılacaq.
- "Bakı" artıq ilk "üçlük"də yer alıb. Komandanızın əsas hədəfi çempionluq, yoxsa kuboka sahib çıxmaqdır?
- Qarşıda "Qarabağ"la iki oyunumuz var. Aramızda olan altı fərqi bu iki matçda aradan qaldıra bilərik. Ancaq hələ ki, növbəti turda "İnter"lə qarşılaşacağımız oyunu fikirləşirik. Bu görüşdə də qələbələrimizin ardını gərirmək istəyirik. Çempionluğa ümidimiz və şansımız var. Mövsümün əvvəlində bir qədər ümidsiz idik. Ancaq mehriban kollektiv yaradandan sonra uğurlarımız başladı. Şükürlər olsun ki, həm avrokubolar, həm də çempionluq üçün yaxşı şansımız var.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı