"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Çempionatın son turunda bu mövsüm qalib gələ bilmədiyiniz "Rəvan" üzərində qələbə qazandınız. Görüş haqda fikirlərini bilmək istərdik.
- Bilirdik ki, bizi çətin bir qarşılaşma gözləyir. Məlumdur ki, bu komanda ilə ilk dövrlərdəki oyunlarda da çətinliklə üzləşmişdik. Birinci hissədə demək olar ki, qol epizodu yarada bilmədik. Ancaq ikinci hissəyə çox fəal başladıq. İki qol epizodumuz oldu. Hər ikisindən yararlana bildik və bizə vacib lazım olan üç xalı qazandıq.
- İlk hissədə rəqib qapısına heç cürə yaxınlaşa bilməməyinizin səbəbi nə idi?
- Rəqib bizimlə birə-bir mübarizə aparırıdı. Bu da biraz gözlənilməz olduğu üçün bizə çətinlik yaradırdı. Süni örtüklü meydançada bu cür mübarizə aparmaq asan deyil. Qış fasiləsindən sonra ilk dəfə idi ki, süni meydançada oynayırdıq. "Rəvan"a əvvəlki iki oyunda da qalib gələ bilməmişdik. Buna görə ilk hissədə qapıya yol tapmadıqca futbolçularımızda da bir qədər əsəbilik yaranmışdı. Ancaq fasilədə baş məşqçimiz daha sakit, soyuqqanlı oynamağımızı tələb etdi. Biz də məşqçilərin verdikləri tapşırıqların öhdəsindən gələ bildik.
- "Rəvan"a heç vaxt asan qalib gəlmədiyinizi bildirmişdin. Bu dəfə qələbənin çətin olmadığını demək olar?
- Əslində əvvəlki oyunlarda da çoxlu qol epizodlarımız olurdu. Sadəcə olaraq onlardan istifadə edə bilmirdik və istədiyimiz nəticəni qazana bilmirdik. Şükürlər olsun ki, bu dəfə əlimizə düşən imkanlardan isrifadə edə bildik. Deməzdim ki, rahat qələbə qazandıq. Rəqib çox müqavimət göstərdi.
- "Qarabağ" ardıcıl olaraq iki oyundur ki, mövsüm ərzində qalib gələ bilmədiyi komandaları məğlub edir. Bu qələbələrdə hansı amil daha çox rol oynadı?
- Sadəcə olaraq bu rəqiblərlə oyunun çətin olduğunu bildiyimiz üçün, əvvəlki oyunlarda vacib xal itkisinə yol verdiyimiz üçün qarşılaşmaya çox yaxşı köklənmişdik. Məşqçilər psixoloji cəhətdən bizi yaxşı hazırlamışdı.
- Bəlkə "Qarabağ" daha da güclənib.
- Düzü, bu dəfə rəqibi daha çox ciddiyə alırdıq. "Rəvan", AZAL və "Simurq" bizə qarşı eyni taktika ilə oynayır. Yəni oyunu müdafiədən qururlar. Biz də artıq bu rəqiblə necə oynamaq lazım olduğunu bilirdik. Həm də əvvəlki qarşılaşmalarla müqayisədə budəfəki oyunumuz daha yaxşı alındı.
- Qış fasiləsindən sonra "Qarabağ"da müəyyən çatışmazlıqlar var idi. Artıq komanda öz oyununu tapa bilib?
- Bütün komandalar artıq 3-4 turdan sonra optimal formaya düşməlidirlər. Burada psixoloji məqamlar da var. Bu da nəticədən asılıdır. Ola bilər ki, komandada hər şey qaydasında olsa da, nəticə olmasın. Bu da komandaya psixoloji zərbə vurur. Şükürlər olsun ki, hələ yaxşı gedirik. Ola bilər ki, növbəti turlarda məğlub olaq.
- Növbəti turda bu mövsüm qalib gələ bilmədiyiniz digər bir rəqib - "Simurq"la qarşılaşacaqsınız...
- "Simurq"un oyunu hamıya məlumdur. Yaxşı müdafiə olunan, mübarizə aparan komandadır. Əks hücumlarda təhlükəli olurlar. "Simurq" da "Rəvan" və AZAL kimi oynayır. Rəqibimiz III dövrəyə pis başlasa da, son turda inamlı qələbə qazanıb. İstəyəcəklər ki, səfərdə də məğlub olmasınlar. "Simurq"la istər Zaqatalada, istərsə də Bakıda həmişə çətin oynamışıq.
- Artıq aşağı pillələrdə yerləşən bəzi komandaların da çempionluq iddası artıb. Buna misal olaraq "Bakı"nı göstərmək olar...
- Hələ qış fasiləsindən əvvəl deyirdim ki, "Bakı" sona qədər mübarizə aparacaq. Nəticələr də onu göstərir ki, artıq "Bakı" da çempionluğa iddialıdır. Bizi çox gərgin sonluq gözləyir. Dörd dövrəli sistem çox maraqlı olur. Gördüyünüz kimi bu sistem öz effektini verir. Hər turda gərgin oyunların şahidi oluruq.
- Sıx qrafiklə oynamaq çətinlik yaratmır?
- Əlbəttə ki, çətindir. Ancaq bu qrafikə öyrəşmək lazımdır. Çünki nə qədər çox oyun olsa, çempionatımız daha çox inkişaf edər, daha çox maraqlı olar.
- Əsas rəqiblərinizdən olan "Qəbələ"ni 4, "Neftçi"ni isə 6 xal qabaqlamağınız sizə nə dərəcədə üstünlük verir?
- Düzdü, turnir cədvəlinə baxanda böyük üstünlük görünür. Ancaq üç xallıq sistemi və qarşıdakı oyunları nəzərə alsaq, bu elə də böyük üstünlük deyil. Qarşıda bizi böyük oyunlar gözləyir. İki tur ərzində bu fərq yox ola bilər. Qarşıda çətin səfər oyunlarımız var. "İnter", "Xəzər Lənkəran" və "Neftçi" kimi rəqiblərlə iki dəfə qarşılaşacağıq. Bunların hamısını nəzərə alanda əsas rəqiblərimizlə aramızda olan fərq elə də böyük deyil.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı