Vaqif Sadıqov: "Qarabağ" nəticəyə oynayır"

Vaqif Sadıqov: "Qarabağ" nəticəyə oynayır"
ÖLKƏ FUTBOLU 15 Fevral 2014 / 20:21 3610
-  A +

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqanın 21-ci turunda "Qarabağ"la oyundan (1:2) sonra açıqlama verib.

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis deyib ki, komandası bu matçı bərabərliklə başa vura bilərdi:

“Bizə xallar qazanmaq vacibdir. “Qarabağ”a qarşı bundan əvvəlki qarşılaşmada taktiki cəhətdən oynadıq. “Qarabağ” səviyyəli rəqibdir, Komandam sona kimi mübarizə apardı, qol vurduq. Daha bir qol vurub hesabı bərabərləşdirə bilərdik.Təəssüf ki, hücumları sonlandıra bilmədik. 29 qol buraxmışıq, bu, pisdir. Komanda ruhuna görə futbolçularıma təşəkkürümü bildirirəm. Həm “İnter”, həm də “Qarabağ” nəticəyə oynayır”.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner