Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən “Levski” - “Bakı” oyunundan sonra ilk olaraq komandamızın baş məşqçisi
Coko Haciyevski jurnalistlərin suallarının cavablandırıb.
- Əvvəla deyim ki, qapımızda gördüyümüz ilk qol mənə şübhəli göründü. Felikslə ilk oyunda olan epizodda olduğu kimi, təkrar görüşdə də hakimlər şübhəli qərar verdilər. Oyundan dərhal sonra epizoda yaxın olan bütün yetirmələrim mənə qolun ofsayddan vurulduğunu söylədilər. Düşünürəm ki, ilk qoladək barabər oyun gedirdi. Bununla yanaşı, hücum xəttimizin də istədiyimiz səviyyədə olmamasını etiraf edim. İki-üç dəfə qol imkanı yaxaladıq. Təəssüf ki, Soliç əldə etdiyi superimkanı qaçırdı. Hər halda “Levski” qələbəyə layiq idi və bu münasibətlə onları təbrik edirəm.
- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Bir neçə səbəb var - müdafiədə buraxdığımız səhvlər və hücum xəttimizin zəif oyun göstərməsi. Düzdür, “Levski” cüzi üstünlüyə malik idi. Bu da təbiidir. Axı onlar güclü azarkeş dəstəyi altında oynayırdılar. Hər halda təkrar olsa da, bir də qeyd edim ki, birinci qol şübhəli idi və bu, futbolçuları ruhdan saldı.
- Hava şəraiti komandanızın oyunununa təsir göstərdimi?
- Buna dəqiq cavab verə bilmərəm. Etiraf edim ki, “Levski”nin futbolçuları bizdən daha təcrübəlidirlər və bundan yararlandılar. Bizdə isə son ötürmə alınmırdı. Elə Feliks də istədiyimiz oyunu sərgiləmədi. Bəxtiyarla Peres də istənilən oyunu göstərmədilər. Amma qeyd edim ki, Peresə zədə mane olurdu.
- Qol buraxdıqdan sonra, Batistanın meydana daxil olacağını gözləyirdik. Amma bu, baş vermədi...
- İstənilən sayda hücumçuyla oynamaq olar. Amma onu da meydana buraxsaydım, 4 hücumçuyla mübarizə aparmalı olacağdıq. Bizə isə hücumçulara topu çatdıra bilən texnikalı yarımmüdafiəçilər lazım idi. Bu səbəbdən də Mahmud və Amiranı meydana buraxdım.
- Mucirini start heyətində meydana buraxmamağınıza ilk oyundakı mübahisənizin təsiri oldumu?
- Siz, bolqar jurnalistlər istədiyinizi yazırsınız. Deyin görüm, mən nə vaxt Muciriylə əlbəyaxa olmuşuq? Mən Bakıdakı oyunda onu əvəzlədikdən sonra yalnız onun qolundan tutmuşdum.
- Nəyə görə 9 nəfərlə müdadiə olunurdunuz?
- Siz saymağı bacarırsınız? Nəyə görə bolqar jurnalistlər Felikslə yanaşı, neçə oyunçumuzun hücum etdiyini görməyi bacarmırlar?
- Futbolçulara göstərilən sarı vərəqələr barədə nə deyə bilərsiniz?
- Yersiz sarı vərəqələr aldıq. Bundan sonra əsas məqsadimiz Avroliqanın dördüncü təsnifat mərhələsində uğurla çıxış edib, qrupa vəsiqə qazanmaqdır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı