Mustafa Dənizli müayinə üçün Türkiyəyə getdi

Mustafa Dənizli müayinə üçün Türkiyəyə getdi
ÖLKƏ FUTBOLU 3 Fevral 2014 / 14:03 2555
-  A +

Fevralın 1-də səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli bu gün səhər saatlarında müayinə olunmaq üçün Türkiyəyə yola düşüb.

Qol.Az saytına bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O deyib ki, Dənizlinin səhhətində ciddi problem yoxdur: "Mustafa Dənizli özünü yaxşı hiss edir. Demək olar ki, səhhəti ilə bağlı problem yoxdur. Ancaq bu gün səhər saatlarında özəl təyyarə ilə İstanbula göndərildi. Sadəcə bunu özü istədi. Çünki onun uzun illərdir ki, şəxsi həkimi var. Həmin həkimin müayinəsindən keçmək istədi”.

Klub rəsmisi qeyd edib ki, türkiyəli mütəxəssis Topaz Premyer Liqanın 20-ci turunda "Neftçi" ilə baş tutacaq oyuna qədər komandaya qayıdacaq: "Çox güman ki, baş məşqçimiz yaxın günlərdə tam sağalaraq iş başına dönəcək. İnşallah "Neftçi" ilə oyunda komandanı Mustafa Dənizli meydana çıxarar".

Qeyd edək ki, Mustafa Dənizli  qrip infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bu səbəbdən o, Topaz Premyer Liqanın 19-cu turu çərçivəsində  baş tutan "Qarabağ" - "Xəzər Lənkəran" matçında komandasını oyuna çıxara bilməmişdi.

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner