"Hər şey qəflətən baş verdi. Axşam "Qəbələ"dən təklif aldım və tərəddüd etmədən bunu qəbul etdim. Artıq növbəti gün əşyalarımı toplayaraq Bakıya uçdum".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni transferi Marat İzmaylov UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Rusiyalı futbolçu "Qəbələ"ni seçməsini belə izah edib: "Hazırda əsas məqsədim tezliklə əvvəlki formamı bərpa etməkdir. Yuri Syomin "Qəbələ"ni seçməyimin əsas səbəbkarlarından biridir. Azərbaycan çempionu olmaq və ölkə kubokunu qazanmaqda ona və komandasına kömək etmək üçün gəlmişəm. Düzdür, fiziki baxımdan hazırlığım istənilən səviyyədə deyil. Ancaq forma yığmaq və nəticə vermək üçün maksimum səy göstərəcəm".
M.İzmaylov "Qəbələ"nin heyətində çempion olmaq istədiyini bildirib: "Azərbaycan çempionu olmaq mənim üçün nə dərəcədə vacibdir? Təbii ki, insan hər zaman qələbə qazanmaq istəyir. Hətta uşaq ikən məhəllə futbolu oynadıqda belə qalib gəlməyə can atırsan. Üstəlik futbol mənim həyatımın əsas məşğuliyyətidir. Azərbaycanda futbola böyük maraq var. "Qəbələ" ilə çempion olmaq və ölkə kubokunu götürmək mənim böyük arzumdur. Daha sonra isə "Portu"ya qayıtmaq istəyirəm".
Təcrübəli futbolçu yenidən "Portu"da və Rusiya millisində oynamaq arzusunu da gizlətməyib: "Portu" ilə 2015-ci ilə qədər müqaviləm var. Yenidən ora qayıdıb, komandama kömək etmək istəyirəm və titul qazanmağı arzulayıram. Bu əsas məqsədimdir. Rusiya millisi? Təbii ki, çətin görünsə də bu barədə düşünürəm. Hər şey məndən asılıdır. Əgər "Qəbələ" və "Portu"da mütəmadi oynasam, o zaman milliyə də dəvət ala bilərəm. Buna inanıram".
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi