Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
ÖLKƏ FUTBOLU 2 Fevral 2014 / 23:05 6720
-  A +

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, C qrupunda qərarlaşan Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.

Joze Alesio Da Silvanın komandası İtaliya yığması ilə qarşılaşıb.

Qrup  lideri olmaq üçün  bugünkü görüşdə komandamıza heç-heçə də sərf edirdi. Lakin komandamız acı məğlubyyətlə üzləşib - 0:7. Bununla da, yığmamız qrupda sonuncu yeri tutaraq, Avropa çempionatında mübarizəni dayandırıb.

Qeyd edək ki, İtaliya ilk oyununda Sloveniya ilə qarşılaşmış və 2:3 hesabıyla uduzmuşdu. Millimiz isə ilk sınağında Sloveniyanı 7:6 hesabı ilə məğlub etmişdi. 

2 fevral

Avropa çempionatının final mərhələsi

C qrupu

21:30. İtaliya - Azərbaycan - 7:0
Qollar:
Romano, 2 (1:0), Fortino, 4 (2:0), Onorio, 16 (3:0), Vampeta, 25 (5:0), Qabriel, Lima, 26 (5:0), Mamarella, 30 (6:0), Miarelli, 39 (7:0) 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner