Bu gün Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında "Bakı" doğma meydanda "Rəvan"la qarşılaşıb və rəqibini 5:1 hesabı ilə darmadağın edib. Digər oyunda isə "Neftçi" öz meydanında "Simurq"u sınağa çəkib. Qarşılaşma 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Çempionluq uğrunda mübarizə aparan "Qəbələ" klubu səfərdə "Sumqayıt"ın qonağı olub. Yuri Syominin komandası rəqib qapısından 3 cavabsız qol keçirib və turnir cədvəlində ilk pilləni ələ keçirib. Turun son qarşılaşması paytaxtda baş tutub. "İnter" klubu "Şəfa" stadionunda AZAL-la üz-üzə gəlib və rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun ilk qarşılaşmasında "Qarabağ" evdə "Xəzər Lənkəran" klubuna 0:1 hesabı ilə uduzmuşdu.
2 fevral (bazar)
Topaz Premyer Liqası, 19-cu tur
17:00. “İnter” – AZAL - 2:1
Qollar: Abatsiyev, 6 (1:0), Turkoviç, 49 (1:1), Əmircanov, 77 (2:1)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev
“Şəfa” stadionu.
13:30. “Bakı” – “Rəvan” 5:1
Qollar: Cavid Hüseynov, 11-pen. (1:0), Risto Ristoviç, 20 (2:0), Xavyer Junior, 49 (3:0), Rauf Əliyev, 64 (4:0), Aleksandr Şoliç, 80 (5:0), Tyaqo, 90 (5:1)
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança.
14:00. "Neftçi” – “Simurq” - 3:0
Qol: Nfor, 60 (1:0), Cavid İmamverdiyev, 70 (2:0), Nfor, 85 (3:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına qəsəbə stadionu.
14:30. “Sumqayıt” – “Qəbələ” - 0:3
Qollar: Viktor Mendi, 3 (0:1), Lorense Ebesilio, 51 (0:2), Leonardo, 57 (0:3)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov
Bayıl Arena
17:00. “İnter” – AZAL
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev
“Şəfa” stadionu.
1 fevral (şənbə)
“Qarabağ” – “Xəzər Lənkəran” - 0:1
Qol: Adrian Skarlatake, 49 (0:1)
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
Turnir cədvəli
Bombardirlər
Vaqif Cavadov (İnter) - 9 qol
Reynaldo (Qarabağ) - 7 qol
Mindauqas Kalonas (Bakı) - 7 qol
Daniel Subotiç (Qəbələ) - 7 qol
Əfran İsmayılov (Bakı) - 6 qol
Leonardo da Silva (Qəbələ) - 6 qol
Etame Mbilla (Xəzər Lənkəran) - 6 qol
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya