“Qarabağ” köçdü

“Qarabağ” köçdü
ÖLKƏ FUTBOLU 27 Yanvar 2014 / 13:00 4565
-  A +

"Qarabağ" klubu yeni bazasına köçüb. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Ağdam təmsilçisinin uzun müddətdir məskunlaşdığı "Ruslan 93" idman kompleksi ilə icarə müqaviləsi başa çatıb.

Artıq "Qarabağ" Suraxanıda yerləşən bazasında məskunlaşacaq. Yeni baza tam hazır olmasa da, klub artıq orada məskunlaşıb və məşqlərini də buradakı stadionunda keçirəcək.

Qeyd edək ki, yeni bazanın stadionu tam hazır olduqdan sonra "Qarabağ" ev oyunlarını da bu stadionda keçirəcək.

Daha çox


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner