"Qarabağ" qələbəni əldən verdi

"Qarabağ" qələbəni əldən verdi
ÖLKƏ FUTBOLU 23 Yanvar 2014 / 15:03 5215
-  A +

Antalyada hazırlıqları davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Vuppertaler” klubu ilə qarşılaşıb. Əsasən ikinci heyətlə mübarizə aparan "Qarabağ" ilk hissədə 2 qol vursa da, ikinci hissədə almanlar hesabı bərabərləşdirməyi bacarıb.

Xatırladaq ki, Qurban Qurbanovun komandası buna qədər Rumıniyanın "Dinamo" (Buxarest) (1:0) və Albaniyanın "Flamurtari" (1:2) klubları ilə qüvvəsini sınamışdı.






23 yanvar

Yoxlama oyunu

"Qarabağ" (Azərbaycan)  - "Vuppertaler" (Almaniya) - 2:2 
Qollar:
Hacı Əhmədov, 22 (1:0), Almeyda, 27 (2:0)

Daha çox


Son xəbərlər