"Bakı" "Styaua"nı iki qolla məğlub etdi

"Bakı" "Styaua"nı iki qolla məğlub etdi
ÖLKƏ FUTBOLU 22 Yanvar 2014 / 23:00 5288
-  A +

İspaniyada təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Milinko Pantiçin komandası Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gəlib.

Paytaxt təmsilçisi hazırda Rumıniya çempionatında 3-cü pillədə olan "Styaua"nı  2:0 hesabı ilə məğlub etməyi bacarıb.
 
Qeyd edək ki, "Bakı" buna qədər Albaniyanın "Laçi" klubu ilə sınaq matçına çıxıb və 4:0 hesabı ilə qalib gəlib, İspaniyanın "Real Balompedika Linense" klubunu isə 1:0 hesabı ilə üstələyib.


22 yanvar

Yoxlama oyunu

21:00. "Bakı" - "Styaua" - 2:0
Qol:
Şoliç, 17 (1:0), Ələsgərov, 48 (2:0) 




Daha çox


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner