Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda «Qarabağ» Helsinkidə meydan sahibi «Honka»ya 0:1 hesabı ilə qalib gəlməklə növbəti mərhələyə çıxmaq yolunda ciddi addım atıb. İyulun 30-da Helsinkidə keçirilmiş oyunu Azərbaycanın futbol ictimaiyyəti indi bu cür qiymətləndirir.
Həmin oyunun ulduzu – «Qarabağ»ın mərkəz yarımmüdafiəçisi 21 yaşlı Elvin Məmmədov deyir ki, bəlkə də «Qarabağ» bundan da yaxşı oyunlar göstərəcək, ancaq bu oyun, vurduğu qol həmişə yaddaşında qalacaq:
- Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Helsinkiyə qələbə üçün getmişdik. Nəticəyə görə isə çox sevinirəm.
- Oyundan əvvəl qol vuracağınızı gözləyirdinizmi? Həmin o 69-cu dəqiqə haqqında indi nə düşünürsüz?
- Yox, oyundan qabaq heç nə bilmirdim. Düzdür, qol vurmaq istəyirdim. Ancaq olmaya da bilərdi. Demək ki, qismət idi, mən də vurdum. O gözəl 69-cu dəqiqə... Top qabağıma düşdü. Cərimə meydançasında öz futbolçumuz yox idi. Qapını gördüm, vurdum. Top da gözəl getdi. Demək o qol mənim qismətim idi.
- Nə vaxtsa, belə bir qol vuracağınızı ağlınıza gətirirdiniz?
- Məhz belə yox. Həm də bu, mənin Avropa Liqasının təsnifat mərhələsində vurduğum ilk qol idi. Davamının olmasını isə çox istəyirəm.
- Yəqin, bu qoldan sonra məsuliyyətiniz artacaq...
- Əlbəttə, azarkeşlər ardını istəyəcəklər. Ardının olmasını mən də çox istəyirəm.
- Sizi milli komandaya dəvət ediblər?
- Bəli, bu oyundan əvvəl dəvət almışam. «Qarabağ»ın futbolçusu kimi ilk dəfə milli komandada çıxış edəcəyəm.
- «Qarabağ»a gəlməmişdən əvvəl demişdiz ki, «Qarabağ» Avropada da sözünü deyəcək.
- Bəli, mən buna çox inanıram. Çünki «Qarabağ»da futbolçular bir-birini çox gözəl anlayır. Bizdə cəmi bir legioner futbolçu var. Hamımız bir-birimizə inanırıq, göstərmək istəyirik ki, Azərbaycan futbolçuları da futbol oynaya bilir. Bizdə böyük ruh yüksəkliyi var. Qələbələrimizə yardım edən həm bu, həm də azarkeş dəstəyidir. Mən bu komandada daha yaxşı oyunlar göstərmək istəyirəm. İndi cavab oyununa hazırlaşırıq. Hər şey ola bilər, arxayınlaşmaq olmaz.
- Bəs, Azərbaycan milli komandası niyə belə oyun göstərə bilmir?
- O da olacaq.
- Siz Almaniya ilə oyuna çıxacaqsız?
- Bu, baş məşqçidən – Berti Foqtsdan asılıdır.
Mənbə: “Azadlıq” radiosu
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu