Mustafa Dənizli: "Bizə qol vuran oyunçu lazımdır"

Mustafa Dənizli: "Bizə qol vuran oyunçu lazımdır"
ÖLKƏ FUTBOLU 18 Yanvar 2014 / 17:28 4325
-  A +

"Razıyam ki, bizdə qol vurmaq problemi var. Ancaq gördüyünüz kimi hər iki yoxlama oyununda çoxlu qol imkanları yaratdıq. Bu, o deməkdir ki, qol vurmaq  problemi aradan qaldıra bilərik".

Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyənin "Gənclərbirliyi" klubu ilə yoxlama oyunundan (0:2) sonra deyib.

Türkiyəli mütəxəssis yoxlama oyunlarının nəticəsinə önəm vermədiyini bildirib: "Əsas odur ki, belə qarşılaşmalarda futbolçularımızın nəyə qadir olduğunu bilirik. Nəticəyə yox, oyunçularımın qabiliyyətinə fikir verirəm. Onların tam formada olmamağı isə normaldır. Bizim burada hazırlıq keçməyimizin səbəbi də odur ki, komandanı növbəti dövrənin oyunlarına tam şəkildə hazırlayaq. Yəni indi gördüyünüz bəzi çatışmazlıqlar aradan qalxacaq".

M.Dənizli komandaya iki yeni transfer edəcəklərini vurğulayıb: "Əsasən hücum xəttini gücləndirmək istəyirik. Çünki bu gün bizə qol vuran oyunçu lazımdır. Hücumameyilli yarımmüdafiəçi və ya hücumçu almaq fikrindəyik. Danışıqlar davam edir".

Daha çox


Son xəbərlər
topaz banner