"Neftçi" "Fənərbaxça" ilə barəbərə qaldı

"Neftçi" "Fənərbaxça" ilə barəbərə qaldı
ÖLKƏ FUTBOLU 18 Yanvar 2014 / 23:53 13997
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün ikinci yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Böyükağa Hacıyevin komandası Türkiyə Superliqasının hazırkı lideri "Fənərbaxça" ilə qarşılaşıb.

Antalyada "Mardan" stadionunda keçirilən oyunda hesab açılmayıb - 0:0.

Qeyd edək ki, "Neftçi" Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub etmişdi.

 

 


18 yanvar

Yoldaşlıq görüşü

22:00. "Fənərbaxça" (Türkiyə) - "Neftçi" (Azərbaycan) - 0:0

 


Son xəbərlər