"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "TRT Spor"a müsahibə verib. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının hazırlıq prosesindən, mümkün transferlərindən və Türkiyə superliqasından danışıb.
- Qış fasiləsində təlim-məşq toplanışı üçün Antalyanı seçdiniz. Hazırlıq müddəti digərlərinə nisbətən daha uzun çəkəcək. Çalışmalarınız necə gedir?
- Normal proqram çərçivəsində hazırlıqlarımızı davam etdiririk. Ölkə çempionatında oyunlar bir qədər gec başlayacaq. Buna görə də vaxtımız daha çoxdu.
-Transfer etməyi düşündüyünüz futbolçularmı varmı?
- Var. Komandaya mütləq yeni transferlər etmək məcburiyyətindəyik. Alacağımız futbolçuların bəzilərini müəyyənləşdirmişik. Amma transfer sadəcə mənim göstərişimlə ola bilməz. Klubu maddi durumuna uyğun olaraq hərəkət etməliyik. Maksimum 3, minumum isə 2 transfer etməyi düşünürük. Çox güman ki, bu həftə ərzində iki yeni transferi açıqlayacağıq.
- Güvenc Kurtar da Azərbaycanda işləyəcək. O, sizə rəqib olacağını söyləyib.
-Təbii ki, liqada mübarizə aparan komandalar bir-birinə rəqibdirlər. Biz də onlara rəqib olacağıq.
- Siz milli komandada bir çox uğur əldə etmiş baş məşqçisiniz. O cümlədən Türkiyənin üç ən böyük klubunda işləmisiniz. İndi də Azərbaycanda çalışırsınız. Mustafa Dənizli mükəmməl karyeraya sahibdir. Qorxmursuz ki, "Xəzər Lənkəran"da uğur əldə edə bilməyəsiniz?
- Burada eyni uğurlar qazanmağa çalışacam. “Xəzər Lənkəran”a gəlməkdə məqsədim bu kluba əldə etmədiyi nailiyyətləri qazandırmaqdır. Əgər Avropa Liqasında yaxşı çıxış etsək, bu, ölkənin də uğuru olacaq. Avropada əldə etdiyim uğurları "Xəzər Lənkəran"la da qazanmaq istəyirəm. Bunun bacarsam, məqsədimə nail olacam. Bir Azərbaycan komandasının qruplara qalması, orada uğurlar əldə etməsi ölkəyə yeni bir futbol həyəcanı gətirəcək. Yəni mənim buradakı mütləq çempion olmağım çox önəmli deyil. Amma Avropa liqasına vəsiqə qazanaraq orada yaxşı çıxışım vacibdir.
-Siz Azərbaycandasınız, amma türk futbolunu yəqin ki, izləyirsiniz. Türkiyə superliqasında ilk dövrəni necə qiymətləndirirsiniz? Sizə görə çempionluq üçün ən real namizəd hansı klubdur?
- Ölkəmdəki matçları izləyirəm. Hazırda çempionluğa əsas namizəd "Fənərbaxça"dır. Ancaq komandanın liderliyini sona qədər davam etdirib-etdirməyəcəyini bilmirəm.
- Biz sizin üçün çox darıxmışıq. "Xəzər Lənkəran"da məqsədlərinizə çatdıqdan sonra təkrar Türkiyəyə dönəcəksinizmi?
- Təbii ki, görəcəksiniz. Türkiyədə çempion olmadan baş məşqçi karyeramı başa vurmayacam.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu