"Qəbələ"nin Antalya hazırlığı (FOTOLAR)

XƏBƏR 7 Yanvar 2014 / 02:07 1586
-  A +

2013-2014 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" qonşu ölkədə ilk məşqinə çıxıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Yuri Syominin başçılığı altında baş tutan məşqə yeni transferlər - Ruslan Tağızadə və Rafael Santosla yanaşı uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Rail Məlikov da qatılıb. Əməliyyatdan sonra bərpa prosesi keçən Sadiq Quliyev isə komandadan ayrı çalışıb. Onun bir həftə sonra kollektivlə birlikdə hazırlıqlara qatılacağı gözlənilir.

Günü iki məşqlə qapayan komanda əsasən topsuz çalışmalara üstünlük verib. İkinci məşqdə isə toplu çalışmalar üstünlük təşkil edib. Günə ikitərəfli oyunla yekun vurulub.


























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər