"Rəvan" klubunun müdafiəçisi Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- "Rəvan"ın bugünkü durumu haqda nə deyə bilərsən?
- Vəziyyətimiz ürəkaçan deyil. Biz bu yerdə olmamalıydıq. Komandamız yaxşı nəticələr göstərə bilmir.
- 2013-cü ili özün üçün necə qiymətləndirirsən?
- Mənim üçün də bu il çox uğursuz oldu. Türkiyənin "Fethiyyespor" klubunda çıxış edərkən "Rəvan" mənə təklif göndərdi. Mən də "Rəvan"a keçməyi daha üstün tutdum. Komandam hazırda sonuncu pillələrdə qərarlaşıbsa, bu, mənim də uğrusuzluğumdur.
- İlin yekununda klubdaxili iclas keçirilir, komandanın oyunları müzakirə olunur. Təcrübəli futbolçu kimi 18 tur ərzində cəmi 1 qələbənizin olmağını nə ilə əlaqələndirirsən?
- Uğursuzluq hər bir yerdə olur, işdə də, futbolda da. Bu, hərdən çempionatın əvvəlinə, hərdən də axırına düşür. Bizdə təcrübəli futbolçular da çoxdur. Ancaq özümüz də başa düşə bilmirik ki, niyə qalib gələ bilmirik. Baxırsan ki, komandamızın oyunu var, hər şey qaydasındadır. Ancaq ortada nəticə yoxdur. Dost-tanış içinə də rahat çıxa bilmirik.
- Həm də "Rəvan" ən çox qol buraxan komandadır...
- Komanda qolları əsasən ilk oyunlarda buraxıb. Dördüncü turda artıq "Rəvan" qapısından 14 qol buraxmışdı. Yəni böyekhesablı məğlubiyyətlər gətirib bu yerə çıxarıb. Bunların hamısı komandaya mənfi təsir göstərib, futbolçularda ruh düşgünlüyü yaranın. Bundan başqa komandada tez-tez baş məşqçi dəyişikliyi oldu ki, bu da istər-istəməz nəticəyə təsir edir. Ancaq inanıram ki, artıq "Rəvan" düzgün yoldadır, bundan sonra inşallah daha yaxşı olacaq.
- "Rəvan" hazırda nə üçün mübarizə aparır?
- "Rəvan" da başqa klublarımız kimi Azərbaycan futbolunun inkişafı üçün çalışır. Onsuzda heç bir klub rəhbəri hazırda futboldan maddi cəhətdən xeyir qazanmır. Sadəcə məqsəd ümumi futbolumuzu inkişaf etdirməkdir. Bütün klublarımızda uşaq futbolu inkişaf etdirilir. Bizim də yeni bazamız tezliklə hazır olacaq. Tədricən bizim komandamızın da iddiası artacaq. İnanıram ki, növbəti illərdə "Rəvan" da medallar uğrunda mübarizə aparacaq.
- Yaxın zamanda necə, "Rəvan" iddialılar sırasına qoşula bilər?
- Bu mövsüm üçün də yüksək yerləri tutmaq məqsədimiz var idi. Sadəcə alınmadı. Ancaq yeni ildən tam fərqli, daha güclü "Rəvan" görəcəksiniz.
- Cari mövsümdə hansı komandanı çempionluğa layiq görürsən?
- Bütün klublara qarşı oynamışam. Həm oyunları ilə, həm də qazandığı nəticələri ilə "Qarabağ", "Neftçi" və "Qəbələ"ni çempionluğa ən real namizəd hesab edirəm. Bəzi komandalar da oyun baxımından geri qalmır. Ancaq məncə, adlarını çəkdiyim üç komandadan biri çempion olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır