"İlk iki dövrənin oyunlarına nəzər saldıqda stabilllik görmədik. Ən stabil oynayan komanda 3-4 turda qalib gəlirdi, sonra xal itirirdi. Bu da ondan irəli gəlir ki, çempionat gərgin keçir. Yaxşı oyun nümayiş etdirib xalsız qalan komandalar da oldu".
Qol.Az saytına açıqlamasında bu sözləri "Turan"ın sabiq baş məşqçisi Əfqan Talıbov deyib. O, komandaların qış fasiləsinə qədərki çıxışlarını qiymətləndirib. Qeyd edib ki, fasilədən sonra klublarımızın ifasında tam fərqli oyunların şahidi olacağıq:
"Sonuncu iki pillədə qərarlaşan "Rəvan" və "Sumqayıt" müəyyən səhvlər ucbatından yalnız uğursuzluğa düçar oldu. Ancaq digər 8 komandanın həm qələbələrini, həm də uğursuzluqlarının şahidi olduq. Çempionatın gedişatı onu göstərir ki, hələ ki, heç bir komanda digərlərindən çox da uzaqlaşa bilməyəcək. Qış fasiləsindən sonra isə komandaların oyunu baxımından fərqli mənzərə görə bilərik. Çempionatın sonuna yaxın tam başqa oyunlar izləyəcəyik. Hətta deyərdim ki, "Rəvan" və "Sumqayıt"dan başqa bütün klublarımız çempion ola bilər. Üçüncü dövrə komandaların bir-birindən aralanma mərhələsi olacaq. Yəni mübarizə daha da kəskinləşəcək".
Veteran futbolçu hakimlik və azarkeşlər haqda da fikirlərini bölüşüb: "Oyunların belə gərginləşdiyi bir məqamda təbii ki, hakimlər də heç nədən çəkinməməlidirlər. Üçüncü dövrədə hakimlərdən də çox şey asılı olacaq. Çünki, oyunlar daha gərgin, futbolçular daha emosional olacaq. Təbii ki, komandalar irəli çıxmağa çalışacaq. Arzu edirəm ki, bu maraqlı və gərgin çempionatın fonunda azarkeşləri də görək. Dünyanın hər yerində futbol azarkeşlər üçün oynanılır. Əfsuslar olsun ki, bizdə nəsə çatışmadığı üçün azarkeşləri stadionlara cəlb edə bilmirik. Ən yaxşı oyunlarda da kifayət qədər azarkeş görmürük. "Qarabağ" və "Neftçi" kimi komandalarımız meydanda mübarizə aparanda da baxırsan ki, onları izləyən azarkeşlər çox azdır. Əslind belə oyunlarda böyük azarkeş izdihamı olmalıdır. Bunun üçün isə komandalarımız bir qədər də baxımlı oynamalıdr. Təəssüf ki, xətlərarası əlaqə, baxımlı qollar, gözəl hücumlar sarıdan hələ ki, futbolumuzda kasadlıq var. Bu gün komandalar kimi futbolçular da stabil çıxış edə bilmir. Avropanın orta səviyyəli futbol ölkələrini izləyəndə şahidi oluruq ki, qol vuran ön xətt oyunçuları stabil olaraq fərqlənirlər. Ancaq bizdə belə deyil. Görürük ki, Reynaldo "Qarabağ"ın heyətində 1 oyunda qol vurur, digər oyunlarda bunu bacarmır. Buna başqa futbolçularımızı da misal gətirə bilərəm".
Ə.Talıbov qış fasiləsinə ilk "üçlük"də yollanan komandalar haqda ayrıca danışıb: "Məşqçilərdə belə bir deyim var: "Evdə xal itirmək olmaz". Təbii ki, öz meydanında xal itirməyən rəqib meydanından da xalla dönür. Bu mənada "Qəbələ"nin çıxışlarını qeyd edə bilərəm. "Qəbələ" ev oyunlarının əksəriyyətində qalib gəlib. "Qarabağ" və "Neftçi"yə gəldikdə isə görünür ki, bu komandaların oyunu səviyyə cəhətdən digərlərindən seçilir. "Neftçi" və "Qarabağ" daha gözəl, daha kombinasiyalı hücumlar qurur".
Ə.Talıbov sabiq komandası olan "Turan"ın birinci diviziondakı çıxışlarını izlədiyini deyib. O qeyd edib ki, "Turan"ın durumunun yaxşı olmayacağı gözlənilən idi: "Belə bir misal var: yağışdan çıxdıq, yağmura düşdük. "Turan"da vəziyyət belədir. Ancaq maliyyə durumu düzələn kimi həm "Turan"da, həm də "Kəpəz"də irəliləyiş olacaq. Çünki bu komandalarda həmişə aşağı yaş qruplarında yaxşı futbolçular olub. Məncə, bu komandaların maddi problemləri həll olunsa, keçmiş imiclərini qaytaracaqlar”.
Ə.Talıbov Berti Foqtsun Azərbaycan millisi ilə yeni müqavilə bağlamasına da münasibət bildirib: "Arzu edərdim ki, Foqtsa verilən vaxtdan düzgün və səmərəli istifadə edib nəticə qazansın. Foqtsun qarşısına Azərbaycana gələn gündən hədəf qoyulub. İndi məqsədə çatmağın vaxtıdır. Ona həddindən artıq yüksək səviyyədə şərait yaradılıb. İndi nəticəni ortaya qoymaq vaxtı çatıb".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı