AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar (FOTOLAR)

AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar (FOTOLAR)
XƏBƏR 18 Dekabr 2013 / 17:46 1658
-  A +

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılmış müzakirələrdən sonra yekdilliklə aşağıdakı qərarlar qəbul edilib:


 

1. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müqaviləsi 2015-ci il dekabrın 31-dək uzadılsın.

2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması lisenziyalaşdırma prosesində A dərəcəli meyar (mütləq) kimi qəbul olunsun.

3. Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.

4. İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrasının müddəti 2 ay uzadılsın. Göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq.


















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır