Sabah Azərbaycan futbolu tarixi günlərindən birini yaşayacaq. İlk dəfə olaraq Azərbaycan çempionu qitənin ən mötəbər klub turnirində üçüncü mərhələnin oyununa çıxacaq. Çempionumuzun rəqibi isə “Levski”dir. Rəqibimiz Avropa səhnəsində nə qədər təcrübəli olsa da, biz çempionumuza inanırıq. İnanırıq ki, ötən il “BATE”-nin etdiyini bu dəfə də “Bakı” təkrarlayacaq. Əgər “Levski”ni Belarus çempionu məğlub edib, mübarizədən kənarlaşdırırsa, niyə bunu “Bakı” da etməsin? Məgər “Bakı” “BATE”dən zəifdir? Əsla! “Bakı” nə maliyyə cəhətdən, nə futbolçusuna, nə də baş məşqçisinə görə rəqibdən geri qalır. O zaman bizə bir şey qalır - inanmaq və yenə də inanmaq.
Bəlkə də bu təsadüfdür, amma hələ 3 il əvvəl “Bakı” “Levski”ylə qarşılaşmalıydı. Amma müəyyən səbəblərə görə çempionumuz ilk mərhələdə iki oyunun nəticəsinə əsasən “Sioni”yə uduzdu. Halbuki “Sioni”ni keçsəydik, bizi ikinci turda “Levski” gözləyirdi. Amma bu, mümkün olmadı. Həmin il “Levski” nəinki “Sioni”ni, hətta İtaliyanın “Kyevo” klubunu da məğlub edərək, Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Kim bilir, bəlkə də “Sioni”nin yerinə “Bakı” “Levski” önünə çıxsaydı…
2006-cı ildə “Bakı”nın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi şübhəsiz, möcüzə olardı. Amma bu dəfə hər şey fərqlidir. Çempionumuz çempionların yarışında qrup mərhələsinə yüksəlsə, heç kim buna möcüzə deyə bilməz. “Ekranas” qarşısında sərgilənən futbol hamımızı inandırıb. “Bakı” Avropa futbolu oynayır. “Bakı”nın sərgilədiyi oyun, heyətindəki bəzi futbolçular, eləcə də baş məşqçisi artıq Azərbaycan səviyyəsini çoxdan aşıblar. Artıq Avropaya gücümüzü göstərməliyik. İstər “İnter”li Petar Zlatinov, istərsə də “Levski”nin məşqçisi Antoni Zdravkov sabah ən layiqli cavablarının alacaqlar. Buna heç kim şübhə etməsin. Eləcə də “Bakıya qələbə qazanmaq üçün gəlirik” deyən “Levski”nin baş məşqçisi Ratko Dostaniç də sabah oyundan sonra “Ekranas”ın baş məşqçisi Valdas Uorbonas kimi düşdükləri “qol yağışı”ndan danışacaq. “Bakı” sabah “Levski”ni diz çökdürəcək. Sən bunu edəcək gücdəsən “Bakı”. Təki özün-özünə güvən. Çempionlar Liqasının qrup mərhələsi bizi gözləyir.
İbrahim Cəfərov
[email protected]
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord