“Çelsi” Eto'O ilə müqaviləni uzatmaqdan imtina etdi

“Çelsi” Eto
VİDEO 10 Dekabr 2013 / 13:08 2422
-  A +

İngiltərənin “Çelsi” futbol klubu Samuel Eto'O ilə müqaviləni uzatmayacaq.

Kamerunlu hücumçu ilə hazırkı müqavilə 2014-cü ilin yayında başa çatır.
 
“The Guardian” nəşri yazır ki, “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo komandanın bütün hücumçularından aşağı məhsuldarlıqları səbəbindən narazıdır. Mövsümün sonunda isə klubu məhz Eto'O tərk edəcək. Qışda isə hücum xəttinə heç bir futbolçu alınmayacaq.
 
32 yaşlı forvard karyerasını Şimali Amerikanın Baş Futbol Liqasında (MLS) davam etdirəcək. Onunla ABŞ-ın “Los-Anceles Qelaksi” və “Di Si Yunayted” klubları maraqlanır. Eto'O bu mövsüm “Çelsi”də 15 oyuna 4 qol vurub. O, İngiltərə klubuna Rusiya “Anji”sindən 6 milyon avroya keçib (Lent.az).

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq