Syomin: “Onlara iradımı bildirdim”

Syomin: “Onlara iradımı bildirdim”
ÖLKƏ FUTBOLU 8 Dekabr 2013 / 16:43 2562
-  A +

“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin bu gün baş tutan Topaz Premyer Liqanın 16-cı turunda “Simurq” üzərindəki qələbəni (2:1) şərh edib. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, oyun iki fərqli hissədən ibarət olub.

“İlk hissəni çox pis oynadıq. Fasilədə komandaya iradımı bildirdim. İkinci hissədə isə komandanın oyunu tamam dəyişdi. Hücumlar qurduq, daha aqressiv oynadıq, layiqli qələbə qazandıq. “Simurq” çətin rəqibdir, müdafiədə yaxşı oynayır. Əbəs yerə deyil ki, digər komandalardan daha az top buraxıb. Bu komandaya qol vurmaq çox çətindir” – deyə o vurğulayıb.

Daha çox


Son xəbərlər