“Qarabağ” “Rusenborq”a qarşı çox yaxşı oynadı. 90 dəqiqə ərzində uşaqlar meydanda canlarını qoydular. Bu qələbə münasibətilə bir daha onları təbrik edirəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ” - “Rusenborq” oyunu haqda fikirlərini bölüşərkən, Ağdam klubunun keçmiş üzvü, bu komandanın heyətində avrokuboklarda ilk, ümumilikdə isə Azərbaycan klublarının heyətində ilk dəfə səfərdə qol vuran Bəxtiyar Musayev deyib. Musayev “Qarabağ”ın heyətində Kuboklar Kuboklarında Finlandiyanın “Müpa-47” klubuna qarşı keçirilən oyunları yaxşı xatırlayır: “Həmin oyunlar indiki kimi yadımdadır. O vaxt biz evdə 0:1 hesabıyla uduzduq. Buna baxmayaraq, səfərə iddialı yollanmışdıq. Orada çox yaxşı oynadıq. Xüsusən də ilk yarıda. Mənim vurduğum qolla hesabda irəli də çıxmışdıq. Əsas vaxtda qalib gəldik. Lakin əlavə vaxtın son saniyələrdə heç nədən qol buraxdıq. Artıq hamı cütün taleyinin penaltilərlə həll olunacağını düşünürdü. Amma son anda qol buraxdıq. Özü də həmin epizodda rəqib oyunçu oyundankənar vəziyyətdə idi. Finlər özlərini itirmişdilər. Çünki onlar bizdən o cür oyun gözləmirdilər. Biz həmin vaxt Finlandiya klubunu keçməliydik. Amma beynəlxalq təcrübənin olmaması sonda özünü göstərdi. Turu keçə bilməməyimiz uzun müddət acı xatirə kimi yaddaşımızda qaldı”.
Bəxtiyar Finlandiya klubunun qapısına vurduğu qolu da xatırlayır: “Mais Əzimov qapıya zərbə endirdi. Lakin top əvvəlcə qapıçıya, daha sonra isə qapı dirəyinə dəyərək, mənim qarşıma düşdü. Qapıdan cəmi 1-2 metr aralıdaydım. Ayağımın bud hissəsiylə topu qapıya göndərdim. Məsafə çox yaxın idi. Necə deyərlər, lazımı anda, lazımı yerdə oldum”.
Avrokuboklarda ilk səfər qolumuzun müəllifi hesab edir ki, “Qarabağ” “Honka”nı keçə bilər: “Xüsusən də “Rusenborq”la oyundan sonra “Qarabağ”ın şansı yüksək dəyərləndirir. Norveç klubuna qarşı çox yaxşı oynadılar. Əsl əzmkarlıq nümayiş etdirdilər. Lazım olanda hücum edirdilər, lazım olanda da müdafiə olunurdular. Müdafiə xətti də inamlı təsir bağışladı. Rəşad Sadıqovun yer aldığı arxa xətt rəqibə boş mövqe vermirdi. Hesab edirəm ki, bu cür davam edəcəyi halda, “Honka”nı da keçəcəklər. Finlandiya klubu heç bir komponentdə “Rusenborq”dan üstün deyil, əksinə geri qalır. Amma gərək “Qarabağ” arxayınlaşmasın. Bu halda özləri-özlərinə problem yarada bilərlər”.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord