Milli komandamızın baş məşqçisi Berti Foqts "Qızıl top" mükafatı üçün səs verdiyi futbolçuların adını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, bu barədə ölkəsinin "Sport Bild" qəzetinə danışan alman mütəxəssisin ilk seçimi "Real"ın (Madrid) və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo olub: "O, dünyanın ən yaxşı futbolçusudur".
B.Foqts digər səslərini isə "Bavariya"dan Filipp Lam və "Borussiya"dan (Dortmund) Robert Levandovskiyə verib.
Qeyd edək ki, dekabrın 9-u "Qızıl top"a 23 namizəddən ən çox səs toplayan üç oyunçu seçiləcək. Qalibin adı isə 2014-cü il yavarın 13-ü məlum olacaq.
Xatırladaq ki, son 4 ildə bu mükafata Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi layiq görülüb.
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi