Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutacaq. Keçiriləcək 8 oyundan sonra 1/4 finalçılar məlum olub.
Günün ilk oyununda "Rəvan" səfərdə "Qaradağ Lökbatan"ın qonağı olub və 5:2 hesabı ilə qalib gəlib. Bununla da 1/4 finala yüksələn "Rəvan" həm də Şahin Diniyevin rəhbərliyi altında ilk qələbəsini qazanıb. "Qəbələ" doğma divarlar arasında "Mil-Muğan"ı sınağa çəkib və 2:1 hesablı qələbə qazanıb. "Kəpəz" səfərdə "Neftçi" ilə qarşılaşıb. Oyun "ağ-qaralar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda iki Premyer Liqa təmsilçisi - "Bakı" və "Sumqayıt" üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün maraqla gözlənilən oyunlarından biri də paytaxtda baş tutub. Burada Ağdamın "Qarabağ" klubu son vaxtlar qalib gələ bilmədiyi AZAL-la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Paytaxtda keçirilən digər matçda "İnter" "Şuşa"nı darmadağın edib - 7:0. Daha bir oyunda "Araz Naxçıvan" "Simurq"u qəbul edib. Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə bitib. Əlavə vaxtda hesab hesab dəyişmədiyindən qarşılaşma penaltilər seriyasına qədər uzanıb. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Naxçıvan təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb. "Xəzər Lənkəran" isə "Neftçala"nı məğlub edib - 4:0.
4 dekabr (çərşənbə)
Azərbaycan kuboku, 1/8 final
12:00. “Qaradağ Lökbatan” – “Rəvan” - 2:5
Qollar: İvan Pexa, 51 (0:1), Rüfət Məmmədov, 24 (1:1), Vüsal Qarayev, 29 (1:2), Elnur Abdulov, 42-pen (1:3), Anar Həsənov, 59-pen (2:3), Rəşad Abdullayev, 64 (2:4), Vüsal Qarayev, 90 (2:5)
Qırmızı vərəqə: Elçin Cəfərov, 42 ("Qaradağ Lökbatan")
Lökbatan şəhər Olimpiya İdman Kompleksinin stadionu
13:00. “Bakı” – “Sumqayıt” - 2:1
Qollar: Aleksandr Soliç, 59-pen (1:0), Slavik Alxasov, 85 (1:1), Ristoviç, 90+3 (2:1)
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
13:00. “Mil-Muğan” – “Qəbələ” - 1:2
Qollar: Elnur Məmmədov, 3 (1:0), Leonardo da Silva, 18 (1:1), Abdulvahid Afolabi, 29 (1:2)
Qırmızı vərəqə: Çərkəz Həsənov, 17 ("Mil - Muğan")
Qəbələ şəhər stadionu
14:00. “Neftçi” – “Kəpəz” - 1:0
Qol: Ernest Nfor, 57 (1:0)
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
14:00. “Araz Naxçıvan” – “Simurq” - 2:2 (Penaltilər seriyası - 4:2 )
Qollar: Rəşad Eyyubov, 17-pen (0:1), David Canalidze, 45 (1:1), Rəşad Eyyubov, 80 (1:2), Bəxtiyar Solanov, 88 (2:2)
Naxçıvan Muxtar Respublika stadionu
16:30. “Qarabağ” – AZAL - 1:0
Qol: Reynaldo, 80 (1:0)
Qırmızı vərəqə: Alaksandr Şemonayev, 70 (AZAL)
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. “İnter” – “Şuşa” - 7:0
Qollar: İaşvili, 27 (1:0), 32 (2:0), Ruslan Əmircanov, 37 (3:0), Asif Məmmədov, 45 (4:0), 57 (5:0) , İaşvili, 62 (6:0), Abdulla Abatsiyev, 90+1 (7:0)
“Şəfa” stadionu
17:00. “Xəzər Lənkəran” – “Neftçala” - 4:0
Qollar: Tounkara, 8 (1:0), Mbilla, 22 (2:0), 43 (3:0), Tounkara, 45 (4:0)
Xəzər Lənkəran mərkəzi stadionu
2014-cü ilin martın 12-13 və 19-da baş tutacaq Azərbaycan kubokunun 1/4 final mərhələsində qarşılaşacaq cütlüklər:
“İnter” – “Neftçi”
“Rəvan” - “Bakı”
"Qəbələ” - “Qarabağ”
“Araz Naxçıvan” - “Xəzər Lənkəran”
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı