Nizami Hacıyev: "Futbolçularımız həmin gün xalqımız üçün oynamalıdır"

Nizami Hacıyev: "Futbolçularımız həmin gün xalqımız üçün oynamalıdır"
ÖLKƏ FUTBOLU 2 Dekabr 2013 / 16:15 3817
-  A +

"Qəbələ" klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın son turunda "Rəvan"a qalib gəldiyiniz oyun (1:0) haqda fikirlərini bilmək istərdik.

- "Rəvan"ı yaxşı analiz etmişdik, məşqçimiz lazım olan tapşırıqlarını vermişdi. Bilirdik ki, rəqibin yaxşı top saxlamağı var, hücum xəttində yaxşı futbolçulara malikdir. Ona görə də çalışırdıq ki, diqqətli oynayaq və tədricən hücumlarımızı quraq. Verilən tapşırığı yüz faiz olmasa da, yerinə yetirə bildik. Yəni layiqli qələbə qazandıq.

- U-19 milli komandamız 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Ermənistanla bir qrupda mübarizə aparacaq. Vaxtilə bu yaş qrupunda Ermənistanla oyunda (2:1) qələbə qolunu vuran futbolçu kimi bu haqda nə deyə bilərsən?

- Meydana çıxan bütün futbolçular dərk etməlidirlər ki, bu bizim xalqımızın oyunu olacaq və bunun üçün oynamaq lazımdır. Yəni bu qarşılaşma sadəcə futbolçuların mənafeyi üçün deyil. Şəxsən mən Ermənistanla matçda bunu düşünmüşdüm. Fikirləşmişik ki, damarımızda azərbaycanlı qanı axır, rəqib isə düşmənimizdir, ermənidir. Futbolçularımıza da arzum, tövsiyyəm odur ki, ancaq qələbə qazansınlar. Heç-heçə haqda düşünmək olmaz. Çünki bütün azərbacan xalqının gözü onlarda olacaq. Ermənistan üzərində qələbə sizli-bizli hamımızın qələbəsidir.

- Həmin oyunu necə xatırlayırsan?

- Təbii ki, həmin gün meydana aid oyun üçün çıxmamışdıq. Əgər kimsə buna adi oyun kimi yanaşırsa, ona sözüm yoxdur. Bötövlükdə həmin qələbə gününü həmişə xatırlayıram. İnanmıram ki, həmin gün hansısa futbolçumuzda qorxu olmasın. Bu, millətimizin gözünün içinə baxmaq qorxusu idi. Yəni düşünürdük ki, qalib gəlməsək, vətənə necə dönəcəyik? Ona görə də oyuna qədər bizdə çox narahatçılıq var idi. Hamı öz oyununu fikirləşirdi. Şükürlər olsun ki, hesabda geridə olsaq da, 2 qol vurub qalib gəldik. Bu dəfəki qarşılaşmanı da səbirzisliklə gözləyirəm.

- Komandamız Ermənistana qalib gələndə baş məşqçi Arif Əsəov idi. Təbii ki, sizi oyuna psixoloji cəhətdən də hazırlamaqda onun böyük rolu olub. İndi isə yığmaya alman mütəxəssis rəhbərlik edir. Bu amilin nə dərəcədə rolu ola bilər?

- Sizinlə müəyyən mənada razıyam. Çünki yerli mütəxəssisin belə oyunlarda böyük rolu var. Təbii ki, alman mütəxəssislə Arif Əsədovun komandanın mənəvi hazırlığı baxımından fəqi olacaq.  Ancaq futbolçular fikirləşməli deyil ki, məşqçi kimdir. Baş məşqçi futbolçuya tapşırıqlarını verir, çıxıb onun dediklərini etməlisən. Bütün bunlardan əlavə futbolçularımız fikirləməlidir ki, hansı oyuna çıxıram? Düşmənlə oyuna çıxırsansa, sənin tapşırığın nə olmalıdır? Təbii ki, ancaq qələbə. Heç bir komanda qələbəyə görə tənqid olunmur. Bu gün bizə ancaq qələbə lazımdır. Sabah heç kim deməyəcək ki, Azərbaycan Ermənistanla pis oynasa da, qalib gəldi. Təkcə onu deyəcəklər ki, Azərbaycan qalib gəldi, vəssalam. Ona görə də baş məşqçinin haralı olmağından asılı olmayaraq, bizə ancaq qələbə lazımdır. Baş məşqçi bilməsə də, futbolçu başa düşür axı hansı oyuna çıxırlar.

- Sizin dövrlə müqayisədə indiki U-19 millimizin çox zəif olmağı fikri ilə razısan?

- Əlbəttə, bugünkü komanda ilə həmin dövrdəki komanda arasında çox böyük fərq var. Ermənistana qalib gələn U-19 millisinin əksər futbolçuları bu gün Azərbaycanın aparıcı futbolçularıdır.  Ancaq indi U-19 millisinin heç bir futbolçusunu çempionatda görmürəm. Ona görə də indiki komandanı nisbətən zəif saymaq olar. Ancaq insan psixologiyası elədir ki, özünü oyuna necə  hazırlasan, elə də nəticə qazanarsan.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə