Heyf, çox heyf. Milli komandamızın baş məşqçisi Berti Foqtsun arzusu ürəyində qaldı. Kişi futbolçularımızı yığıb, İsveçrəyə aparmaq istəyirdi. Amma gözünə döndüyüm “Bakı”ynan “Qarabağ” “Ekranas”la “Rusenborq”u ağlar günə qoymaqla, onun bu arzusunun üstündən xətt çəkdilər. Naəlac qalan alman da millini Almaniyayla oyuna “banklar və saatlar” ölkəsi Isveçrədə deyil, “göydələnlər və körpülər” şəhəri Bakıda hazırlaşdıracaq. Milli Sürixin hansısa bərkgedən klubunun bazasında deyil, Suraxanıdakı stadionda məşq edəcək.
Üç gün əvvəl və dünən Bakıda hamı sevinirdi. Zarafat deyil, futbolumuz tarixi ərzində görmədiyi həftə yaşadı. Eyni zamanda iki klubumuz avrokuboklarda üçüncü mərhələyə adladı. Özü də bu dəfə heç kimə lazım olmayan İntertoto kubokunda deyil, Çempionlar Liqası və Avroliqada uğur qazandıq. Amma sevinənlərin arasında milli komandamızın baş məşqçisi yox idi. Ümumiyyətlə, Foqtsun heyəti necə açıqlaması da qaranlıq qalır. Ona görə ki, alman heç bir klubumuzun avrokubok matçına baxmadı. Bu halda o necə futbolçuların hazırkı durumundan xəbər tuta bilər? Əminəm ki, Vaqif Sadıqov ona bütün lazımı məlumatları ötürüb. Amma atalar əbəs yerə deməyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Hesab edirəm ki, Foqtsun hərəkətinin yalnız bir adı var - hörmətsizlik. Əgər o Azərbaycan futboluna hörmət etsəydi, hazırda hansısa ölkədə oturub kef çəkmək əvəzinə gəlib, klublarımızın heç olmasa ev oyunlarını izləyərdi. Amma o öz kefindədir. Düz də eliyir. Onsuz da yaşı artıq altımışı keçib, bundan sonra oturub oğul-qız dərdi çəkən deyil ki. Gündə bir yerdə dincəlib, AFFA-dan cüzi zəhmət qarşısında aldığı böyük pulları xərcləməkdədir.
Görəsən, Foqts millini İsveçrəyə aparmaq qərarına gələrkən nə düşünürdü? Yüz faiz də olmasa, doxsan faiz hesab edirəm ki, alman fikirləşib ki, “əşşi, onsuz da bunlar futbol oynaya bilmirlər. Klubların hamısı elə birinci mərhələdə mübarizəni dayandıracaq”. Ona görə də nəzərində tutub ki, filan vaxtı futbolçularını yığıb, gedib yaxşıca İsveçrədə də dincəlsin. Hər halda millisi evdə Lixtenşteynlə, Uelsin uşaq-muşaqlarıyla bacarmayan ölkənin klublarının da aqibəti eyni olmalıydı. Amma sağ olsun, Haciyevski, sağ olsun Qurban Qurbanov, sağ olsun “Bakı” və sağ olsun “Qarabağ”. Sağ olsun “Bakı” və “Qarabağ”ın heyətində bizə sevinc yaşadan futbolçular. Sağ olsunlar ki, növbəti dəfə Foqtsa səhv olduğunu sübut etdilər. Yox, cənab Foqts, Azərbaycan futbol siz düşündüyünüz qədər də zəif deyil. Sadəcə olaraq, milli komandamızın evini yıxan sizsiniz. Sizin gördüyünüz “işin” nəticəsidir ki, millimiz günü-gündən geriyə addımlayır. Azərbaycan millisi heç vaxt bugünkü kimi aciz olmayıb. Yaxşısı budur çıxın gedin, çıxın gedin ki, “Bakı” və “Qarabağ”ın timsalında Azərbaycan futbolunun inkişafının cücərtilərini görən, az da olsa yenidən ümidlənən, klublarımıza verdiyi möhtəşəm dəstəklə “Ekranas” və “Rusenborq”un evini yıxan Azərbaycan azarkeşi avqustun 12-də yenidən bədbinliyə qapılmasın. Çıxın gedin ki, klublarımızın uğurları sayəsində AFFA-nın əməyini az da olsa qiymətləndirən, Azərbaycan futbolunun inkişafa doğru getdiyini düşünən azarkeş avqustun 12-də yenidən Azərbaycan futboluna nifrət etməsin. Çıxın gedin ki, “Bakı” və “Qarabağ”ın simasında əsl futbola tamaşa edən Azərbaycan azarkeşi avqustun 12-də yenidən dəstəklədiyi komandanın aciz oyunundan utanmasın.
İbrahim CƏFƏROV
[email protected]
P.S. Das hast du wohl nicht erwartet, Herr Vogts? Almancadan Azərbaycan türkcəsinə tərcümədə “Sən bunu gözləmirdin, Foqts?” deməkdir.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"