Milinko Pantiç: "Bakı"ya hücumçu lazımdır"
"Çoxlu qol epizodundan, penaltidən istifadə edə bilmədik, qapı tirinə dəyən topumuz var idi. Rəqib komandanı təbrik edirəm, düzdür, bu, göstərdiyi oyuna uyğun deyildi".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "İnter"lə oyundan sonra keçirilən mətbuat konfransında (0:1) deyib.
Serbiyalı mütəxəssis komandasında hücumçu probleminin olduğunu vurğulayıb: "Rəqib komanda sona qədər mübarizə apardı, onlar bu oyunda bizim səhvimizdən istifadə edib qol vumaq istəyirdilər və buna nail oldular. Top qapıya girməyəndə girmir. Növbəti oyun kubok oyunudur, “Sumqayıt”la oyuna kimi komandanı hazırlamağa çalışağacam. Rauf Əliyev penalti vurmaq üçün seçilmişdi, milli komandanın oyunçusudur.
Çempionat uzun marafondur, may ayında görəcəyik ki, biz haradayıq. Bugünkü məğlubiyyət mənə çox təsir edir. “Neftçi” ilə oyunu yada salsaq, görərik ki, oyunda aparıcı tərəf biz idik, amma sonda məğlub olduq. Bizim komandada qol vurmaq çatışmır. Komandanın başına iyun ayında gəldim, seçilmiş futbolçular mənim seçimim deyil, komandaya hücumçu lazımdır. Yanvar ayında komandaya hücumçu dəvət edəcəyik. Komandamızda hər şey var, qol çatışmır".