“Bakı” və “Qarabağ” Berti Foqtsun planlarını alt-üst etdi

ÖLKƏ FUTBOLU 24 İyul 2009 / 17:17 2371
-  A +

Azərbaycan milli komandasının iyulun 27-dən avqustun 6-a qədər İsveçrənin Sürix şəhərində keçirilməli olan təlim-məşq toplanışı təxirə salınıb. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, buna səbəb Çempionlar Liqası və Avropa Liqasında növbəti mərhələyə yüksələn «Bakı» və «Qarabağ» klublarının heyətində millinin toplanışında iştirakı nəzərdə tutulan futbolçuların olmasıdır.

 

Daha çox


Son xəbərlər