“Qarabağ”-“Rusenborq” qarşılaşması Norveç mətbuatının da diqqətində olub. Püşkatmadan sonra öz komandalarının növbəti mərhələyə keçəcəyinə inanan norveçlilər ilk matçdakı heç-heçədən sonra da həmyerlilərinin mərhələ keçəcəyinə olan inamlarını azaltmamışdılar. Lakin, dünənki məğlubiyyət onları da şoka salıb. Qol.Az-ın məlumatına görə, Norveçin fotball.adressa.no saytı matçı “Rusenborq” üçün böyük itki sayıb: “Klub rəhbərliyi Avropa liqası ilə bağlı böyük planlar qurmuşdu. Əsas hədəf bu turnirin qrup mərhələsinə düşmək idi. Bunun üçün 20 milyon dollara yaxın büdcə də ayrılmışdı. Yeni futbolçular alınmış, heyət gücləndirilmiş və digər sahələrə də xeyli vəsait xərclənmişdi. Amma dünənki oyunla bütün bu planlar alt-üst olub getdi. Bir sözlə, 20 milyon dollar havaya sovruldu”. Bu arada “Rusenborq”un idman direktoru Nils Skutle məğlubiyyətə haqq qazandırmağa çalışıb. O, “Adresseavizion” nəşrinə verdiyi açıqlamasında komandasının gələcəyinə inandığını deyib: “Bizim gənc komandamız var və yeni kollektiv qururuq. Bu mənada inanıram ki, hazırkı heyət yaxın gələcəkdə çox böyük uğurlar qazanacaq”.
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi