- Fərhad, səni öncə bir daha dünənki qələbə münasibəti ilə təbrik edirik.
- Çox sağ olun. Mən də sizi təbrik edirəm.
- Keçək oyuna. Avropanın tanınmış klublarından birini məğlub edərək, üçüncü mərhələyə yüksəldik.
- Hər şey gözlədiyimiz kimi oldu. Qarşılaşmanın çətin keçəcəyini əvvəllcədən də bilirdik. Şəxsən mənə görə, dünənki oyun ilk oyundan daha ağır oldu. Qolu vurduqdan sonra məsuliyyət daha da artdı ki, bu hesabı sonadək saxlamaq lazımdır. Şadam ki, bunun öhdəsindən gəldik.
- Oyun öncəsinə qayıdaq. Matçın başlanmasına az bir müddət qalmış, düşərgədə həyəcan var idi?
- Həyəcan var idi. Amma bu, məsuliyyətdən doğan həyəcan idi. Məsələn, hesabı açdıqdan sonra düşünürdük ki, nəyin bahasına olursa olsun, qələbəni sonadək əlimizdə saxlamalıyıq və bizə dəstək olan azarkeşlərimizi mütləq sevindirməliyik.
- Maraqlıdır, Rəşad topa zərbə vurduğu anda hamıdan arxada sən dayanıb epizodu izləyirdn. Həmin an ürəyindən nə keçdi?
- Hərənin öz fikri ola bilər. Mən o anda Allaha dua edirdim ki, top qapıdan keçsin. Çünki ondan əvvəl bir dəfə cərimə zərbəsi oldu və Vaqifin ötürməsindən sonra Elnur Allahverdiyev oyundankənar vəziyyətə düşdü. İkinci epizodda isə Cavadovun zərbəsini qapıçı tutdu. Şükürlər olsun Allaha ki, üçüncü cəhddə qolu vura bildik və bu da Rəşadın qismətinə yazıldı.
- İlk hissə başa çatdıqdan sonra soyunub-geyinmə otağına yollandınız. Orada Qurban Qurbanovla, eləcə də öz aranızda hansı söhbətiniz oldu?
- Söhbət belə oldu ki, oyuna necə başlamışıq elə də davam etməliyik. Yəni, hesaba qətiyyən baxmamalıyıq və elə oynamalıyıq ki, sanki hesab hələ 0:0-dır. Qarşımıza da məqsəd qoyduq ki, çıxıb, son ana qədər vuruşmalıyıq.
- Rəşad Sadıqovla Aslan Kərimov oyundan sonra verdikləri açıqlamalarında bildiriblər ki, qələbəyə baxmayaraq “Rusenborq” ustalıq baxımından bizdən daha səviyyəli komanda idi. Sən necə düşünürsən?
- Təbii ki, rəqib çox güclü komanda idi. Avropada yetərincə oyun təcrübələri var idi. Hətta dünənki matçdan sonra norveçli futbolçuldan biri deyib ki “mən hələ inana bilmirəm ki, iki oyunda “Qarabağ”a 1 top belə vura bilmədik”. Mənə elə gəlir ki, biz əzmkarlığın, döyüşkənliyin, komanda şəklində birliyin hesabına “Rusenborq”u keçə bildik.
- Əvvəllər çıxışda səhvlərin olurdu. Özün də dəfələrlə bildirmisən ki, bunun üzərində daha çox işləyirsən. Lakin Norveçdə də, dünənki matçda da demək olar səhvə yol vermədin.
- Həmişə əlimdən gələni edirəm ki, uğurlu seriya qurum. Səhvsiz insan olmur. Həyatda yaşayırsansa, səhv də etməlisən. Amma bacardığım qədər bu səhvlərin minimum olmasını istəyirəm. Bundan sonra da əlimdən gələni edəcəm ki, öz etibarlı oyunumla mənə olan inamı doğruldum.
- Azarkeş dəstəyi və stadiondakı atmosfer sizi razı saldı?
- Əlbəttə. Onlara buradan öz dərin minnətdarlığımı çatdırıram. Sağ olsunlar ki, bu cür ağır oyunda gəlib, son ana qədər bizi layiqincə dəstəklədilər. Onların bu dəstəyi mərhələ keçməyimizdə xüsusi rol oynadı. Biz də Allahın köməyi ilə çalışacağıq ki, bundan sonrakı mərhələni də uğurla keçib, onları sevindirməkdə davam edək.
- Qələbəni komanda şəklində qeyd etdiniz?
- Xeyr. Oyundan sonra baş məşqçi bizə bir günlük istirahət verdiyini dedi və sabahdan etibarən məşqlərə başlayırıq. Çünki qarşıda bizi növbəti mərhələ gözləyir.
- Növbəti mərhələdən söz düşmüşkən, rəqibiniz Finlandiyanın “Honka” klubu oldu. “Rusenborq”la oyundan fərqli olaraq artıq hamı sizi favorit sayır və dördüncü mərhələyə vəsiqə gözləyir.
- Bəli, rəqibimizin kimliyini bilirik artıq. Bilirsiniz necədir, Avropa səviyyəli turnirlərdə zəif rəqib olmur. Amma azarkeşlərimizi də başa düşürəm. Əgər biz “Rusenborq” kimi Avropanın güclü klublarından birini məğlub etmişiksə, demək Finlandiya klubunu da məğlub edə bilərik. Həmin qarşılaşmaya çox ciddi hazırlaşmalıyıq. Oyundan sonra da baş məşqçimiz bizə bildirdi ki, növbəti rəqib “Honka”dır və artıq həmin oyunu düşünmək lazımdır.
- Oyun Ağdamın işğalı gününə təsadüf etdiyindən matça qolunuzda qara sarğı ilə çıxmalı idiniz. Faciə isə 1 dəqiqəlik sükutla yad edilməli idi. UEFA buna icazə vermədi?
- Vallah, düzünü desəm, oyundan əvvəl bizə bununla bağlı bir söz deyilmədi. Görünür icazə almaq mümkün olmayıb.
- “Qarabağ”ın heyətində meydana çıxan futbolçulardan yalnız Admir Teli legioner idi. Qalan 10 futbolçunun hamısı yerli futbolçular idi. Səncə, “Qarabağ” dünənki qələbəsi ilə əcnəbilərə üstünlük verən klublara “azərbaycanlı futbolçular heç də əcnəbilərdən geri qalmırlar” mesajini göndərdi?
- Əlbəttə. Biz bu mərhələni keçməklə bir daha sübut etdik ki, yerli futbolçular heç də əcnəbi futbolçulardan zəif deyillər. Eyni zamanda, “Qarabağ” həm də dünən onu sübut elədi ki, üstünlüyü daha çox yerli futbolçulara verib, onlara inanmaq lazımdır. Bu, milli komandamızın uğuru üçün də vacib olan amildir.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər