"Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Komandanız çempionatın autsayderlərindən olan "Rəvan"la bacarmadı. Qələbə qazana bilməməyinizi nə ilə əsaslandırmaq olar?
- "Rəvan"la qarşılaşmada son vaxtların ən yaxşı oyunlarından birini göstərdik. Sona qədər topa biz nəzarət etdik. Rəqib qapımıza cəmi bir zərbə endirə bilmişdi. Sadəcə olaraq son nöqtəni qoya bilmədik. Bunu bəxtsizliklə də bağlamaq olar. Həm də bizdə bir qədər soyuqqanlılıq çatmadı. Nəticədə oyundan qolsuz bərabərliklə ayrılmalı olduq..
- "Qarabağ"ı istəksiz olmaqda qınayanlar da var.
- Necə istəksiz ola bilərik? Hamımız qələbə üçün çalışırdıq. Rəqib müdafiədə oturmuşdu. Bunu da biz məcbur etmişdik. Sona qədər hücum ediriksə, rəqib də müdafiə olunmalı idi. "Rəvan"ın oyununu da alqışlamaq lazımdır ki, sona qədər döyüşdülər və bizdən bir xal aldılar.
- Millimizin oyunları ilə əlaqədar futbolçuların bir yerdə məşq edə bilməməsi dünənki oyunda özünü göstərdi?
- Əlbəttə, həmişə olduğu kimi bu dəfə də dediyiniz amil bizə təsirsiz ötüşmədi. Amma qələbə qazana biməməyimizi sırf bu məsələ ilə bağlamazdım. Çünki bir-birimizi anlamaqda çətinliyimiz olmadı. Rəqibin cərimə meydançasında futbolçularımız dəqiq ötürmələr verirdi.
- "Qarabağ" bu mövsüm 6 oyunda xal itirib. Onlardan dördü "Rəvan" və AZAL-la olub. Bu komandalara qarşı çətinliyiniz nədədir?
- Demək olmaz ki, həmin komandalarla pis oynayırıq. "Rəvan" və AZAL-la qarşılaşmalarda da digər oyunlarda olduğu kimi xeyli qol imkanları yaratmışıq. Sadəcə top qapıdan keçmək istəməyəndə keçmir. Heç bir komandaya qarşı çətinlik çəkmirik. "Rəvan" qapımıza cəmi bir zərbə endirirsə, hansı çətinlikdən danışmaq olar? Əslində dünənki oyunda "Rəvan"a 5:0 hesabı ilə qalib gəlməliydik. Oyuna baxanda da bunu şahidi ola bilərsiniz. İlk hissədə üç, ikinci hissədə isə iki yüzfaizli qol imkanın boşa verdik.
- Növbəti oyununuz "Simurq"ladır. Bu komanda "Qarabağ" üçün necə rəqibdir?
- "Simurq" asan rəqib deyil. Bilirik ki, yeni stadionlarında ilk oyunlarına çıxacaqlar. İndi Zaqatalada yaxşı ab-hava var. Buna görə də azarkeşlərini sevindirmək üçün əllərindən gələni edəcəklər. "Simurq" səfər oyunumuz həmişə çətin olub. Ümumiyyətlə çempionatda zəif rəqib yoxdur. Hər bir komanda ilə xal itirmək təhlükəsi var. Xüsusilə də bizə qarşı bütün komandalar ikiqat motivasiya olunurlar. Ona görə də boşalmalı deyilik.
- "Rəvan"la oyuna qədər bir neçə görüşdə səni meydanda gömədik.
- Daima məşqlərimi yüksək səviyyədə edirəm, formamı saxlayıram. Sadəcə olaraq bizim sistem belədir. İki dayaq yarımmüdafiəçisi ilə oynayanda mən də meydanda oluram. Həm də mövqeyimdə oynayan hər iki futbolçu 21 yaşlıdır. Reqlamentə əsasən mütləq onlardan birinə şans verilməlidir. Öz xahişimlə iki dəfə əvəzedici heyətin tərkibində oyuna çıxdım. Çünki formamı saxlamalıyam. Yaxşı formada olduğum üçün dünənki oyuna baş məşqçi mənə güvəndi. Həmişə üzərimdə işləyirəm ki, lazım olan anda meydana çıxıb komandama kömək edim.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı