Dmitri Kruqlov: "Fasilədə söz verdik ki..."

Dmitri Kruqlov: "Fasilədə söz verdik ki..."
ÖLKƏ FUTBOLU 16 Noyabr 2013 / 03:46 4152
-  A +

Estoniya millisinin futbolçusu Dmitri Kruqlov yığmamızla görüşdən sonra (2:1) fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Neftçi" və Bakı "İnter"inin sabiq futbolçusu oyunun bərabər səviyyədə keçdiyini bildirib:

"Fasilədə söz verdik ki, ikinci hissədə daha yaxşı oynayaq. İlk hissənin sonlarında qol buraxsaq da, bu komandada çaxnaşma yaratmadı. İkinci hissədə meydana çıxdıq və layiqli mübarizə apardıq.
 
Xeyli qol epizodları yaratsaq da, bunların cəmi ikisini qola çevirə bildik. Ümumilikdə çox maraqlı və bərabər səviyyəli oyunun keçdiyini düşünürəm. Azərbaycan yığması topu daha çox sahib idi. Ancaq bizim də öz oyun üslubumuz var. Bizimki nəticəyə hesablanmış oyun idi".

Qeyd edək ki, Kruqlov 2008-2010-cu illərdə "Neftçi"nin, 2010-2011-ci illərdə isə "İnter"in şərəfini qoruyub.   

Daha çox


Son xəbərlər