"Azərbaycanla oyun bizim üçün faydalı olacaq"

"Azərbaycanla oyun bizim üçün faydalı olacaq"
ÖLKƏ FUTBOLU 13 Noyabr 2013 / 03:15 2684
-  A +

"Komandamızda hər şey qaydasındadır. Klubumun son uğurlu çıxışlarından  sonra özümü  rahat və azad hiss edirəm. Ancaq milli komanda olaraq rahatlaşa bilmərik. Çünki bizi Azərbaycan yığması ilə yoldaşlıq oyunu gözləyir".

Qol.Az-ın məlumatına görə, bu sözləri Estoniya milli komandasının futbolçusu Rimo Hunt yerli mətbuata açıqlamsında deyib.

Milli komandamızla keçiriləcək yoldaşlıq oyunundan danışan "Levadia" klubunun hücumçusu yığmamızı ciddi rəqib hesab etdiklərini bildirib: "Azərbaycan yığması haqda eşitmişəm, rəqibimizin oyunlarını izləmişik. Onu deyə bilərəm ki, Azərbaycan və Lixtenşteyn yığmaları ilə keçirəcəyimiz yoldaşlıq oyunları bizə fayda verə bilər. Yoldaşlıq oyunu olmasına baxmayaraq, görüşə ciddi yanaşırıq. Həm də biz doğma azarkeşlər önündə oynayacağıq. Buna görə, yaxşı nəticə qazanmalıyıq".

Qeyd edək ki, milli komandamız Estoniya ilə noyabrın 15-də səfərdə qarşılaşacaq.

Daha çox


Son xəbərlər